Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sirli məkanın işığı

Tarix: 31-05-2022 16:23     Baxış: 3248 A- / A+
Adamı ovsunlayan, hər küçəsi bir tarix olan, yaşadıqlarını evlərin daşlarına, divarlarına yazan İçərişəhərdə özünü möcüzələr aləmində hiss edirsən.
Bu şəhər haqqında yazılan əsərlərin sətirləriylə addımladıqca, döşəmə daşların ayaqlara etdiyi pıçıltılar qulaqlara kimi gəlib çatır. Burada müasirləşən adlar rəmzidi. İnformasiyanın 70%-ni təşkil edən gözlər divar daşlarındakı əl izlərinə baxa-baxa səni istədiyin ünvana çatdırır. Artıq neçə vaxtdı hər bura gələndə hiss və duyğularını əsərlərinə hopduran Təranə Məmmədin “Sirr” kitabındakı Elçinin babasının müqəddəs məkanını axtarıram. Gözüm bu dar küçələrdəki cütlükləri Elçinlə Aynaya oxşadaraq. İnsanda, əsərdə işıq axtaran və onu çox böyük məharətlə yazıya köçürən Vaqif Osmanovun bu ecazkar şəhərin dalanlarına saldığı işıqla doğma məkana yetişirik. Bu da “Sirr” kitabını oxuyanların “Book house” adlandırdıqları kitab evinə çevrilən axtardığımız ev. Burda tanımadığımız insanların üzünə hopan Təranə xanımın doğmalığı uzaqdan hiss olunur. Təranə xanım “Sirr” kitabının oxucuları ilə görüşünü məhz bu müqəddəs, xoş ovqat yaradan məkana salması da təsadüfi deyil. Bu, əsərdə cərəyan edən hadisələrin yaşantılarını yaşadan məkanı oxuculara göstərmək istəyindən doğurdu. Evdəki qədim əşyalar kitablarla əvəzlənmiş, skripkanın yerinə “Sirr” kitabı qoyulmuşdu. Lampanın yerində ətrafa xüsusi işıq saçan müasir lampa vardı. Təranə xanımın səmimiyyəti isə məclis iştirakçılarının könlünə fərqli bir işıq salırdı. Bura hər şeydə ancaq gözəllik axtaran Təranə xanımın qızı Aysel xanımın zövqünə uyğun çox gözəl düzəlmişdi. Bu səmimi ortamda “Sirr”dən, ədəbiyyatdan söhbətlər edildi, fikirlər bölüşdü. Bu təqdimat yadda qalan, ürəkləri oxşayan, insanları və ədəbiyyatı dəyərləndirənlərin, sözə dəyər verənlərin söz məclisi oldu. İlk dəfə bir-birini görənlər də bu görüşdən doğmalar kimi ayrıldılar. Təranə xanımın və "Sirr"in sehrinə düşərək...

Rəfail Tağızadə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar