Xəbər lenti
İran şahının paxıllığından yaranan oyun – Nərd haqda 6 maraqlı fakt
Manevr.az gundem.az-a istinadən ölkəmizdə də kifayət qədər populyar olan nərd oyunu haqda 6 maraqlı faktı təqdim edir.
1. Nərdin tarixi və ixtirası
Nərd dünyanın ən qədim stolüstü oyunlarından hesab edilir. İranda meydana gələn oyunun 5 min ildən öncə yarandığı ehtimal olunur. İranda aşkarlanmış və eramızdan əvvələ aid olunan 2 zər və 60 daşlı ibtidai nərd fiqurları bu oyunla bağlı ən qədim tapıntı hesab edilir.
Nərd oyununun ixtirasına dair ən geniş yayılmış versiya isə belədir: 610-cu ildə hind imperatoru şahmat icad olunduqdan sonra onu fars hökmdarı Nevşiyana göndərir və yazır: “Kim daha çox düşünür, daha yaxşı bilir, kim daha çox irəlini görürsə, o qazanar. Bax, həyat budur…”
Fars hökmdarı vəziri Buzur Mehrə şahmata qarşı yeni oyun ixtira etməyi əmr edir. Vəzir 10 gün içində nərdi icad edir. Fars hökmdarı yeni oyunu hind hökmdarına göndərir və zərləri nəzərdə tutaraq məktuba bu sözləri əlavə edir: “Amma bir az da şans gərəkdir. Bax, həyat budur”.
2. Masa üzərində ulduzlara hökm etmək
Qədim farslar şahların gələcəkləri haqqında məlumat əldə etmək üçün nərddən istifadə edirdilər. Bu konteksdə nərdin oynanıldığı səth səma kimi nəzərdən keçirilir. Ulduzlar kimi isə daşlar istifadə edilir.
Nərd oyunu 24 xanalı lövhə nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Buradakı qarşılıqlı 12 xana, ilin 12 ayını, 15 ağ və 15 qara daş gecə və gündüzü, ümumi 24 xana isə, günün saatlarını simvolizə edir. Zərdəki nöqtələr bir versiyaya görə, ulduzları, digər versiyaya görə isə hər biri ayrı-ayrı mənanı kəsb edir.
Yek - (bir) Tanrının təkliyinə
Dü - (iki) Fani dünyaya
Sə - (üç) Bitkilərə, heyvanlara
Cahar - (dörd) Od, su, torpaq və havaya
Pənc - (beş) duyma, eşitmə, görmə, dadbilmə və iybilməyə
Şeş - (altı) aşağı, yuxarı, sağ, sol, ön və arxaya işarədir.
3. Edmond Hoyl
Bu günə qədər ənənəvi nərdtaxtada 101-ə yaxın oyun ixtira olunub. Onlardan ikisi üzrə isə dünya çempionatı keçirilir. Bunlar "backgammon" və "longammon" adlanır. 17-18 əsirlərin ortalarında Edmond Hoyl adlı ingilis “qısa nərd” oyununu kəşf etdi. Bu şərqdən gələn “uzun nərd” oyunundan fərqlənirdi. Yarışlar zamanı bu yeniliyin qaydalarından istifadə olunur və böyük pul mükafatları təqdim edilir.
4. Bir cüt qızıl zər
Azərbaycanda hələ qədimdən məlum olan, və Əfsələddin Xaqani, İmaddətdin Nəsimi kimi klassiklərimizin əsərlərində adıçəkilən nərd oyununun 3 növü var: uzun, döymə, gülbahar. "Backgammon"a Azərbaycanda "döymə oyunu", "longammon"a isə uzun oyun deyilir.
1934-cü ildə keçmiş SSRİ-də nərd ikinci Respublika Spartakiadasına daxil edilir. Azərbaycanı müsabiqədə təmsil edən Naxçıvan komandası qalib adını qazanır. 1947-ci ildə isə nərd üzrə ilk Respublika çempionatı keçirilir. Azərbaycanda qızıl zər turnirinin qaliblərinə təmiz qızıldan hazırlanan zərlər təqdim edilir.
5. Nərdin digər adları...
Bu gün nərd bir çox ölkədə fərqli forma və adlarla adlanır: Türkiyədə “tavla”, İtaliyada “tavola”, Avropanın digər ölkələrində isə “Backgammon” adı ilə oynanılır.
6. Ən bahalı nərdtaxta
Dünyanın ən bahalı nərdtaxtasının qiyməti 387 min 890 dollar dəyərindədir. Çamadan formasında olan nərdin üzəri timsah dərisi ilə örtülüb. Nərdtaxta qızıl və brilliantlarla bəzədilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar