Xəbər lenti
Ağalıdakı “Ağıllı kənd” Avropa İttifaqı üçün nümunəvi model rolunu oynayacaq
Avropa İttifaqının İqtisadi Modellər İnstitutunun Bərpaolunan enerji sektorunun rəhbəri Paula Pallavaçini Azərbaycanın çoxillik işğaldan azad edilən ərazilərinin bərpasında əldə etdiyi ilk nailiyyətləri yüksək qiymətləndirib. xəbər verir ki, ekspert agentliyin xüsusi müxbiri ilə söhbətində Ağalı “Ağıllı kənd” nümunəsinin Avropa İttifaqında diqqətlə öyrənildiyini etiraf edib. O, bu layihənin enerji aspektlərinə və ekoloji xarakter məsələlərinə xüsusi diqqət ayırıb. P.Pallavaçini qeyd edib ki, indiki əsrdə Günəş şüalarından, küləyin gücündən, yerin təkinin istiliyindən, damcı suvarma texnologiyasından bütünlüklə istifadə etmək xüsusilə əhəmiyyətlidir. “İnsan və təbiət bir-birinə mane olmaqla yox, əksinə, kömək etməklə yaşamalıdır. Ətraf mühit bizə hər şey bəxş edir. Bunu görüb, götürməyimiz lazımdır. Çox yox, bizə lazım olduğu qədər götürməliyik”, - deyə ekspert vurğulayıb.Prezident İlham Əliyevin bu yaxınlarda Zəngilan rayonuna səfərini vurğulayan P.Pallavaçini hökumətin öz qarşısına qoyduğu möhtəşəm hədəflərin alicənablığından heyranlığını bildirərək, hazırda özü və komandası tərəfindən ilkin nəticələrin diqqətlə öyrənildiyini diqqətə çatdırıb.
Ekspert deyib: “Bu hədəflər isə sizin hakimiyyət orqanlarınızın qətiyyətinə əsasən, təsir bağışlayacağını vəd edir. Ümidvaram ki, Avropa İttifaqında Ağalıdan böyük təcrübə götürəcəklər və bu layihə Aİ-yə üzv ölkələrin əksəriyyəti üçün nümunəvi model rolunu oynayacaq”.AZƏRTAC
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























