Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

İmtahanları uğurlu vermək üçün qida rasionu - ŞƏKİL

Tarix: 29-05-2022 08:01     Baxış: 4288 A- / A+



Məktəblilər beyin hüceyrələrinin düzgün işləməsi və imtahanlardan uğurla keçə bilməsi üçün qidalanmalarına fikir verməlidirlər. Bunun üçün onlar tərkibində maqnezium və yavaş karbohidratlar olan qidalardan istifadə etməlidirlər.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı dietoloq Anna Lısenko məktəblilərə imtahanqabağı tövsiyələrində bildirib.
Onun sözlərinə görə, ilk növbədə, uşaqların erkən, saat 22.00-dan əvvəl yatması vacibdir. Bu, psixikanın və sinir sisteminin işinə təsir göstərir.
Qidalanma məsələsinə gəldikdə isə mütəxəssisin sözlərinə görə, maqnezium hüceyrələrin düzgün işləməsinə səbəb olur və sinir sisteminin işinə də təsir göstərərək rahatlıq, dinclik verir.
"Maqneziumu B - B6 vitamin qrupu ilə birləşdirmək yaxşı olardı", - deyə o əlavə edib.
Bundan əlavə, o, kifayət qədər miqdarda yavaş karbohidratlar, qarabaşaq yarması, düyü istehlakını tövsiyə edib, həmçinin rasiona tərəvəz və meyvələri daxil etməyi məsləhət görüb.
Rusiya biologiya elmləri namizədi Natalya Polovodova isə güclü psixi gərginlik dövründə uşağa qida rasionunun müxtəlifliyinin zəruriliyindən danışıb. Onun sözlərinə görə, balıq, kəsmik, qoz-fındıq, quru ərik və hətta bir-iki dilim şokolad kimi qidalar beynin fəaliyyətini stimullaşdırır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar