Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qanunla qadağan olunan şəxslərdən orqan götürənlər həbs olunacaq

Tarix: 27-05-2022 13:02     Baxış: 3264 A- / A+

Azərbaycanda qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsinə görə cəzalar müəyyən edilir.
Manevr.az-ın xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsi 9000 manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətdə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Həmin əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və s. cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Həmin əməl ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətdə müəyyən müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib./Report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar