Xəbər lenti
Ölməzliyə qovuşanlar

Onları səmimi, ülvi duyğularla yad etmək, adlarını daim qəlbimizdə yaşatmaq hər birimizin borcudur.
44 günlük Vətən müharibəsi zamanı ömrünün çiçəklənən dövründə ən yüksək məqama - şəhidlik zirvəsinə yüksələn oğullarımız haqqında nə qədər danışsaq, yazsaq azdır. Çünki bu gün hər birimiz firavan həyat sürürüksə, bu, şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsindədir.
Şəhid Səmid Əliyev 5 iyun 1998-ci ildə Sumqayıtın Corat qəsəbəsində
valideynlərinin 7 ilik oğul həsrətindən sonra dünyaya gəlib. Təlim-tərbiyəsi ilə digər uşaqlardan həmişə seçilib. Dərslərini yaxşı oxuyub, şagirdlər arasınd nümunəvi olub. Müəllim və sinif kollektivininn xüsusi sevgisini, rəğbətini qazanıb. Corat qəsəbəsində 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Beyləqan rayonunda rabitəçi kimi qulluq edib. Yaxşı xidmətlərinə görə komandiri onu Fəxri Fərmana, təşəkkürnamələrə layiq görüb. Çox ağıllı, düşüncəli, allahlı-imanlı olub. Namaz qılıb, arada təsərrüfatla məşğul olub. Musiqiyə, detektiv filmlərə maraq göstərib. Güclü iradə sahibi olanlara rəğbət bəsləyib. Ədəbiyyatı, şeiriyyəti çox sevib. Öz insanlığı, mərdliyi, sədaqətilə yaxşı dostlar qazanıb. İstiqanlılığı, mehribanığı, zarafatları, mərhəmətliyi ilə özünü hamıya sevdirib. Həqiqi hərbi xidmət borcunu şərəflə başa vurduqdan sonra istehsalatda çalışmağa başlayıb. Ailədə 3 bacının yeganə qardaşı olan, xalası qızı ilə nişanlanan Səmid Əliyev Vətən müharibəsi başlamazdan əvvəl, 21 sentyabr tarixində könüllü ön cəbhəyə gedib. Sonuncu dəfə sentyabrın 29-u ata-anası və nişanlısı ilə danışıb. Onlar narahat olmasın deyə hər şeyin yaxşı olduğunu, “Qələbə bizimlə olacaq, tez bir zamanda Zəfər çalıb geri dönəcəyəm”, deyərək sağollaşb. Oktyabrın 1-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Prezidentin sərəncamı ilə “Füzulinin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif təltif edilib.
Səmidin timsalında bütün şəhidlərimizə görə üzülürük. Lakin təsəllini aldığımız qisasla, işğaldan azad etdiyimiz tarixi ərazilərimizlə tapırıq.
Qəhrəman övladlarımızın əziz və unudulmaz xatirəsi qədirbilən millətimiz tərəfindən hər zaman dərin ehtiramla yad edilir, onların hamımıza dogma və əziz olan ailə üzvləri dövlətin, eləcə də xalqın diqqət və qayğısı ilə əhatə olunur.
Ən ali məqama ucalan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzulayırıq!
İlhamə Məhəmmədızı
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar