Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vəkil: “Əjdər Ol məhkum deyil”

Tarix: 24-05-2022 13:02     Baxış: 3258 A- / A+

Vəkil: “Əjdər Ol məhkum deyil”


“Əjdər Ol məhkum sayılmır. Hazırkı mərhələdə əfvlə bağlı qanuni və hüquqi baxımdan müraciəti mümkün deyil”. 
Manevr.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həbs olunan keçmiş aparat rəhbəri, şair Əjdər Cəbiyevin (Əjdər Ol) vəkili Teymur Baloğlanlı deyib. 
Vəkil “Əjdər Ol” təxəllüsü ilə tanınan şairin əfv üçün yalnız məhkəmə qərarından sonra müraciət edə biləcəyini deyib:
“Əfv barədə qərarlar yalnız məhkumlara, yəni barələrində məhkəmə hökmü qanunu qüvvəyə minmiş şəxslərə tətbiq olunur. Əjdər Olun barəsində hələ hökm qanuni qüvvəyə minməyib. Apellyasiya şikayəti verdiyinə görə Apellyasiya Məhkəməsinin yekun qərarı qəbul olunandan sonra artıq məhkum olunmuş sayılır.
O mərhələdən sonra əfv tətbiqi mümkündür. Əfv barədə əsasnaməyə əsasən, əfv məhkum olunmuş və cəzasının bir hissəsini çəkmiş şəxslərə tətbiq olunur. Əjdər Olun istintaq mərhələsində barəsində qətimkan tədbiri qismində həbs seçilib. 
Həbslə cəza icra olunmağa başlayanda, təbii ki, nəzərə alınır. Yəni artıq cəzasının bir hissəsini çəkmiş hesab olunur. Amma Əjdər Olla bağlı bağışlama aktının tətbiqi hüquqi baxımdan mümkün deyil”. 
Teymur Baloğlanlı Əjdər Olun barəsində məhkəmə prosesinin hələ davam etdiyini, iyun ayında yekunlaşacağını bildirib. Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Əjdər Cəbiyev 8 il 6 ay müddətinə həbs edilib. 
Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisistdir.
 Qeyd edək ki, Azərbaycanda 28 May- Müstəqillik Günü ilə əlaqədar əfv sərəncamının imzalanması gözlənilir. Dünən Əfv Məsələləri Komissiyanın sonuncu iclası keçirilib. Komissiya tərəfindən 500-dən artıq müraciətə baxılıb. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar