Xəbər lenti
"Döyüşdən yorulub dincəlir daha, məzarı dönübdü ziyarətgaha"
Əlizadə ƏSƏDOV
Beynəlxalq dərəcəli hakim, idman ustası, peşəkar boksçudu, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman işisi, Cənub bölgəsində peşəkar boksun əsasını qoyan, yüzlərlə məşhur boksçular yetişdirən, dəyərli ziyalı Əlizadə Əsədov həm də uzun illərdir ki, jurnalistika və ədəbiyyatla məşğul olur. Onun çoxlu məqalələri və bədii yazıları mütəmadi olaraq, dövrü mətbuatda çap olunur. Jurnalımızın bu nömrəsində biz onun “Şuşa qartalı” hekayəsini və çoxlu miniatürlərini sizə təqdim edirik, əziz oxucular. İnanırıq ki, Əlizadə Əsədovun bu bədii yazıları sizin xoşunuza gələcək.
Manevr.az
Qəhrəman kimi
Şəhid Əmrah Cəfərlinin atası Yusif I Qarabağ müharibəsinin veteranıdır. Müharibəyə könüllü gedən Yusif doğma Lənkərana, Şirinsu kəndinə qazi kimi qayıtdı. Əmrah atasının mətin iradəsini təkrar edərək II Qarabağ müharibəsində könüllülərə qoşulub cəbhəyə getdi. Bir çox rayonların azad olunmasında qəhrəmanlıq göstərdi. Lakin qazi atanın oğlu Lənkərana şəhid kimi qayıtdı...
Kökdən, qandan gəlir Vətən sevgisi,
Bir xalqı qaldırdı zaman döyüşə.
Qəlbində çağlayan intiqam hissi
Çağırdı Əmrahı hər an döyüşə.
Nə göyə, nə yerə sığmırdı Əmrah,
Atasından aldı hünər dərsini.
Getdi döyüşlərə könüllü kimi
Boğa bilməyirdi qəzəb hissini.
Qarabağ əsirdi düşmən əlində,
Qarabağ tapdaqdan yaralı idi.
Aradan üzücü illər keçsə də,
Vətən torpağından aralı idi.
Boş görür evini Əmrahsız bu gün
Xanımqız anası, Yusif atası.
Vətənçün canından keçən bir ömrün
Gözüyaşlı qaldı öz nişanlısı.
Qatıldı döyüşə Vətən övladı,
Gözünü qan tutan bir aslan kimi.
Gedəndə cəbhəyə adi insandı,
Qayıtdı evinə qəhrəman kimi.
Lənkəran -2022-ci il
Şəhid məzarı
Lənkərandan cəbhəyə gedən könüllülərin 41-cisi olan
Şəhid Hüseyn Bəşirzadəyə
Qarabağ işğaldan qurtulsun deyə,
Könüllü qatıldı Hüseyn cəbhəyə.
Şərəfdi torpağa, şərəfdi göyə,
Qumbaşı kəndində bir şəhid yatır.
Gəldiyi yollara siz bir də baxın,
Danışır haqqında həm uzaq, yaxın.
Gəlir görüşünə el axın-axın,
Qumbaşı kəndində bir şəhid yatır.
Ölməyib, ən uca zirvədən baxır,
Bizə görünməyən bir yerdən baxır,
Yol boyu o dəmir lövhədən baxır,
Qumbaşı kəndində bir şəhid yatır.
Yaşıdlar içində hörməti vardı,
Qolunda yenilməz qüdrəti vardı.
Kəndinə sığmayan qeyrəti vardı,
Qumbaşı kəndində bir şəhid yatır.
Döyüşdən yorulub dincəlir daha,
Məzarı dönübdü ziyarətgaha.
Bizimlə birlikdə gedir sabaha,
Qumbaşı kəndində bir şəhid yatır.
Lənkəran -2022-ci il
Qələbəni görməsə də...
Düşmənə qan udduran, yaralı bədəni ilə də son nəfəsə qədər vuruşan, Vətən uğrunda canından keçən şəhid övladımız Emil Vaqif oğlu Qurbanova
İmdada çağırdı Vətən torpağı,
Çevirdi silaha öz nifrətini.
Sildi al qanıyla düşmən izini,
Yazdı bu torpağa məhəbbətini.
Ən əziz, sevimli övladları tək
Vətən qürur duyur şəhidləriylə.
Vuruşdu düşmənlə son nəfəsədək.
Dastana sığmayan öz hünəriylə.
Ölüm də çəkinib qorxurdu ondan,
Qeyrətə sığınan igidlər kimi.
Vətən əziz idi ona canından,
Qucdu bu torpağı şəhidlər kimi.
Qeyrətdən güc aldı Vətən sevgisi,
Səngərdən səngərə adlayıb keçdi.
Coşurdu qəlbində intiqam hissi,
O azğın düşməni odlayıb keçdi.
Pəhləvan cüssəli, igid, qəhrəman
Şəhid tək zirvədən baxır qürurla.
Gözünün önündə doğma Lənkəran,
Salamlayır onu işıqla, nurla.
Zəfər sevincini yaşamasa da,
Hünər lövhəsini naxışlayıbdı.
Özündən sonrakı gənc nəsillərə
Vətən sevgisini bağışlayıbdı.
Lənkəran -2022-ci il
Oğul havası durur
23 yaşlı şəhid, Ceyhun atanın, Könül ananın yeganə oğul övladı
Kamran Səmədovun əziz xatirəsinə
Yaralı Vətənin çağırışına,
İlkin səs verərək yetdi imdada
Od tökdü döyüşdə düşmən başına,
Öz qısa ömrünü versə də bada.
Bitirdi cəbhədə kama çatmayan
İyirmi üç yaşlı cavan həyatı.
Vaxtilə çalınan kövrək laylanı
Əvəz edib indi ağı, bayatı.
Bir evin tək yanan çırağı idi,
Ürək açmamışdı hələ bir qıza.
Fəqət bu sevgini Vətənə verdi,
Yerdə də, göydə də döndü ulduza.
Könülün, Ceyhunun sorma halını,
Ürəkləri kövrək kamana dönüb
Necə unutsunlar Kamran balanı,
Kədəri dəryaya, ümmana dönüb.
Üzündən nur yağan doğma qardaşın,
Sınıq qəlbli Arzu bacısı qalıb.
Ananın bir şirin övladı ikən
Özü yox, ağrısı, acısı qalıb.
Susub telefonu, qulaqda hələ
Vurduğu son zəngin sədası durur.
Onlar barışmayır yoxluğu ilə,
Başlarında oğul havası durur.
Liman -2022-ci il
Komandir yatır
Türkiyə Hərbi Akademiyasının məzunu, 44 günlük müharibədə
canından keçən mayor Aqşin İbadova
İzlərin göyərir doğma kəndində,
Bu izi yağış da itirə bilmir.
Bu elin, bu oban hər zaman bir də
Sənin tək oğulu yetirə bilmir.
Müəllim ocağında doğulsan da sən,
Verdin ürəyini hərb sənətinə.
Apreldə tanıdı gücünü düşmən,
Bildi komandirlik məharətini.
General Poladla həmməslək idin,
Üst-üstə düşürdü fikirlərimiz.
Qoyuldu apreldə kökü zəfərin,
Döyüşdən döyüşə atıldınız siz.
İndi nə general, nə də mayor var,
Kövrək xatirəyə dönüb hərəmiz.
Dikilib yollara həsrət baxışlar,
Səni axtarırlar, boşdu yeriniz.
Ağabacı ana, Nazim atanın,
Yalnız kövrək, həzin bir səsi qalıb.
Heç yerdə tutmayır onlar ki, qərar,
Hər birinin quru nəfəsi qalıb.
Boladi kəndinin məzarlığında,
Ziyarətgah olan oğul, ər yatır.
Qalxıb şəhidliyin öz zirvəsinə,
Bir komandir yatır, bir əsgər yatır.
Qardaş Türkiyədə anılır bu gün,
Yatmış qeyrətləri oyatdı Aqşin.
Ölməyib, döyüşdən doğma kəndinə
Əbədi ömürlə qayıtdı Aqşin.
Boladi - 2022-ci il
Ürəkləri açırsan
Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri,
istedadlı yazıçı-jurnalist, Prezident mükafatçısı qələm dostumuz
Qafar Cəfərliyə anadan olmasının 65-illik yubileyi münasibətilə
Qardaş mübarəkdi altımış beşin,
Qabaqda ən gözəl illərin durur.
Soyumaz sənətdə odun, atəşin,
Yazıb yaratmağa əllərin durur.
Qarabağdan keçən bu həyat yolun
Neçə hekayəyə ... romana dönüb.
İlham mənbəyidir o sağın, solun,
Yurda məhəbbətin ümmana dönüb.
Bu gün sənət olub döyüş meydanı,
Gerçəyə çevirdin arzularını.
İlk dəfə sən gördün uca Tanrının
Şəhidə tökdüyü göz yaşlarını.
Ömrün yetmişinə gedirsən indi,
Bütün uğurların haqdan gəlibdir.
Sevginin ünvanı doğma Vətəndi,
Əsl mükafatın xalqdan gəlibdir.
Xalqının qələbə sevinci ilə
Sözün qanadında uçursan, qardaş,
Ömrünü uzadan əsərlərinlə
Xalqın ürəyini açırsan, qardaş.
Lənkəran -2022-ci il
Nəvələrim
Nəvələrim Leyla, Nihad, Əli, İbrahim, İsmayıl, Nilufər və Milanaya
Şirin –şəkər diliniz var,
Qar tək bəyaz əliniz var,
Xoş gününüz, iliniz var,
Quş tək uçan nəvələrim.
Üstümüzdən ötüb duman,
Gəlib sizlə ən xoş zaman.
Gülüşünüz nənəyə can,
Mənə dərman nəvələrim.
Dirəksiniz, dirəyimə,
Qanadsınız diləyimə,
Ürəyindən ürəyimə
Qapı açan nəvələrim.
Gün calandı günümüzə,
Həyat gəldi evimizə.
Zülmət çökən ömrümüzə,
İşıq saçan nəvələrim.
Böyüyürsüz ildən-ilə,
Ürəyimiz gəlir dilə.
Olsa da yüz canım belə,
Sizə qurban nəvələrim.
Liman -2022-ci il
Bacılar
Bacılarım Mehribana, Cəmiləyə (rəhmətə gedib),
Nisəxanıma və Ruhanəyə ithaf edirəm.
Ata ocağında gözünüz qalıb,
Səliqə-səhmanda iziniz qalıb.
Ocaqda közərən közünüz qalıb,
İndi öz evinə çıraq bacılar.
Çəksəniz də vaxtsız ata həsrəti,
Sizi yarıtmadı ana şəfqəti.
Ən çətin məqamda namus-qeyrəti
Etdiniz özünə yaraq, bacılar.
Həyatın yolları deyildir hamar,
Qarşıda nə qədər sınaqları var.
Ata ocağından həmişə umar
Qursa da ev-eşik, ocaq, bacılar.
Qayğıda, diqqətdə bəlkə təksiniz,
Hərəniz ətirli bir çiçəksiniz.
Sevgiylə döyünən bir ürəksiniz
Keçir ömür-gün bu sayaq, bacılar.
Vaxtsız köçüb getdi Göyçək ananız,
Qardaş həsrətiylə göynər yaranız.
Böyüyür hər evdə ciyərparanız,
Yaranız bağlayıb qaysaq, bacılar.
Daha ağarıbdı qızıl dan yeri,
Gülür üzümüzə ömrün səhəri.
Əzəldən olsaq da qəm bəxtəvəri,
Artır xoş günümüz, saysaq, bacılar.
Gənclik tərk etsə vədəsiz məni,
Görüb qəm çəkməyin başımda dəni.
Gücsüz də bilməyin Əlizadəni,
Bilin arxanızda bir dağ, bacılar.
Liman -2022-ci il
Beynəlxalq dərəcəli hakim, idman ustası, peşəkar boksçudu, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman işisi, Cənub bölgəsində peşəkar boksun əsasını qoyan, yüzlərlə məşhur boksçular yetişdirən, dəyərli ziyalı Əlizadə Əsədov həm də uzun illərdir ki, jurnalistika və ədəbiyyatla məşğul olur. Onun çoxlu məqalələri və bədii yazıları mütəmadi olaraq, dövrü mətbuatda çap olunur. Jurnalımızın bu nömrəsində biz onun “Şuşa qartalı” hekayəsini və çoxlu miniatürlərini sizə təqdim edirik, əziz oxucular. İnanırıq ki, Əlizadə Əsədovun bu bədii yazıları sizin xoşunuza gələcək.
Manevr.az
Qəhrəman kimi
Şəhid Əmrah Cəfərlinin atası Yusif I Qarabağ müharibəsinin veteranıdır. Müharibəyə könüllü gedən Yusif doğma Lənkərana, Şirinsu kəndinə qazi kimi qayıtdı. Əmrah atasının mətin iradəsini təkrar edərək II Qarabağ müharibəsində könüllülərə qoşulub cəbhəyə getdi. Bir çox rayonların azad olunmasında qəhrəmanlıq göstərdi. Lakin qazi atanın oğlu Lənkərana şəhid kimi qayıtdı...
Kökdən, qandan gəlir Vətən sevgisi,
Bir xalqı qaldırdı zaman döyüşə.
Qəlbində çağlayan intiqam hissi
Çağırdı Əmrahı hər an döyüşə.
Nə göyə, nə yerə sığmırdı Əmrah,
Atasından aldı hünər dərsini.
Getdi döyüşlərə könüllü kimi
Boğa bilməyirdi qəzəb hissini.
Qarabağ əsirdi düşmən əlində,
Qarabağ tapdaqdan yaralı idi.
Aradan üzücü illər keçsə də,
Vətən torpağından aralı idi.
Boş görür evini Əmrahsız bu gün
Xanımqız anası, Yusif atası.
Vətənçün canından keçən bir ömrün
Gözüyaşlı qaldı öz nişanlısı.
Qatıldı döyüşə Vətən övladı,
Gözünü qan tutan bir aslan kimi.
Gedəndə cəbhəyə adi insandı,
Qayıtdı evinə qəhrəman kimi.
Lənkəran -2022-ci il
Şəhid məzarı
Lənkərandan cəbhəyə gedən könüllülərin 41-cisi olan
Şəhid Hüseyn Bəşirzadəyə
Qarabağ işğaldan qurtulsun deyə,
Könüllü qatıldı Hüseyn cəbhəyə.
Şərəfdi torpağa, şərəfdi göyə,
Qumbaşı kəndində bir şəhid yatır.
Gəldiyi yollara siz bir də baxın,
Danışır haqqında həm uzaq, yaxın.
Gəlir görüşünə el axın-axın,
Qumbaşı kəndində bir şəhid yatır.
Ölməyib, ən uca zirvədən baxır,
Bizə görünməyən bir yerdən baxır,
Yol boyu o dəmir lövhədən baxır,
Qumbaşı kəndində bir şəhid yatır.
Yaşıdlar içində hörməti vardı,
Qolunda yenilməz qüdrəti vardı.
Kəndinə sığmayan qeyrəti vardı,
Qumbaşı kəndində bir şəhid yatır.
Döyüşdən yorulub dincəlir daha,
Məzarı dönübdü ziyarətgaha.
Bizimlə birlikdə gedir sabaha,
Qumbaşı kəndində bir şəhid yatır.
Lənkəran -2022-ci il
Qələbəni görməsə də...
Düşmənə qan udduran, yaralı bədəni ilə də son nəfəsə qədər vuruşan, Vətən uğrunda canından keçən şəhid övladımız Emil Vaqif oğlu Qurbanova
İmdada çağırdı Vətən torpağı,
Çevirdi silaha öz nifrətini.
Sildi al qanıyla düşmən izini,
Yazdı bu torpağa məhəbbətini.
Ən əziz, sevimli övladları tək
Vətən qürur duyur şəhidləriylə.
Vuruşdu düşmənlə son nəfəsədək.
Dastana sığmayan öz hünəriylə.
Ölüm də çəkinib qorxurdu ondan,
Qeyrətə sığınan igidlər kimi.
Vətən əziz idi ona canından,
Qucdu bu torpağı şəhidlər kimi.
Qeyrətdən güc aldı Vətən sevgisi,
Səngərdən səngərə adlayıb keçdi.
Coşurdu qəlbində intiqam hissi,
O azğın düşməni odlayıb keçdi.
Pəhləvan cüssəli, igid, qəhrəman
Şəhid tək zirvədən baxır qürurla.
Gözünün önündə doğma Lənkəran,
Salamlayır onu işıqla, nurla.
Zəfər sevincini yaşamasa da,
Hünər lövhəsini naxışlayıbdı.
Özündən sonrakı gənc nəsillərə
Vətən sevgisini bağışlayıbdı.
Lənkəran -2022-ci il
Oğul havası durur
23 yaşlı şəhid, Ceyhun atanın, Könül ananın yeganə oğul övladı
Kamran Səmədovun əziz xatirəsinə
Yaralı Vətənin çağırışına,
İlkin səs verərək yetdi imdada
Od tökdü döyüşdə düşmən başına,
Öz qısa ömrünü versə də bada.
Bitirdi cəbhədə kama çatmayan
İyirmi üç yaşlı cavan həyatı.
Vaxtilə çalınan kövrək laylanı
Əvəz edib indi ağı, bayatı.
Bir evin tək yanan çırağı idi,
Ürək açmamışdı hələ bir qıza.
Fəqət bu sevgini Vətənə verdi,
Yerdə də, göydə də döndü ulduza.
Könülün, Ceyhunun sorma halını,
Ürəkləri kövrək kamana dönüb
Necə unutsunlar Kamran balanı,
Kədəri dəryaya, ümmana dönüb.
Üzündən nur yağan doğma qardaşın,
Sınıq qəlbli Arzu bacısı qalıb.
Ananın bir şirin övladı ikən
Özü yox, ağrısı, acısı qalıb.
Susub telefonu, qulaqda hələ
Vurduğu son zəngin sədası durur.
Onlar barışmayır yoxluğu ilə,
Başlarında oğul havası durur.
Liman -2022-ci il
Komandir yatır
Türkiyə Hərbi Akademiyasının məzunu, 44 günlük müharibədə
canından keçən mayor Aqşin İbadova
İzlərin göyərir doğma kəndində,
Bu izi yağış da itirə bilmir.
Bu elin, bu oban hər zaman bir də
Sənin tək oğulu yetirə bilmir.
Müəllim ocağında doğulsan da sən,
Verdin ürəyini hərb sənətinə.
Apreldə tanıdı gücünü düşmən,
Bildi komandirlik məharətini.
General Poladla həmməslək idin,
Üst-üstə düşürdü fikirlərimiz.
Qoyuldu apreldə kökü zəfərin,
Döyüşdən döyüşə atıldınız siz.
İndi nə general, nə də mayor var,
Kövrək xatirəyə dönüb hərəmiz.
Dikilib yollara həsrət baxışlar,
Səni axtarırlar, boşdu yeriniz.
Ağabacı ana, Nazim atanın,
Yalnız kövrək, həzin bir səsi qalıb.
Heç yerdə tutmayır onlar ki, qərar,
Hər birinin quru nəfəsi qalıb.
Boladi kəndinin məzarlığında,
Ziyarətgah olan oğul, ər yatır.
Qalxıb şəhidliyin öz zirvəsinə,
Bir komandir yatır, bir əsgər yatır.
Qardaş Türkiyədə anılır bu gün,
Yatmış qeyrətləri oyatdı Aqşin.
Ölməyib, döyüşdən doğma kəndinə
Əbədi ömürlə qayıtdı Aqşin.
Boladi - 2022-ci il
Ürəkləri açırsan
Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri,
istedadlı yazıçı-jurnalist, Prezident mükafatçısı qələm dostumuz
Qafar Cəfərliyə anadan olmasının 65-illik yubileyi münasibətilə
Qardaş mübarəkdi altımış beşin,
Qabaqda ən gözəl illərin durur.
Soyumaz sənətdə odun, atəşin,
Yazıb yaratmağa əllərin durur.
Qarabağdan keçən bu həyat yolun
Neçə hekayəyə ... romana dönüb.
İlham mənbəyidir o sağın, solun,
Yurda məhəbbətin ümmana dönüb.
Bu gün sənət olub döyüş meydanı,
Gerçəyə çevirdin arzularını.
İlk dəfə sən gördün uca Tanrının
Şəhidə tökdüyü göz yaşlarını.
Ömrün yetmişinə gedirsən indi,
Bütün uğurların haqdan gəlibdir.
Sevginin ünvanı doğma Vətəndi,
Əsl mükafatın xalqdan gəlibdir.
Xalqının qələbə sevinci ilə
Sözün qanadında uçursan, qardaş,
Ömrünü uzadan əsərlərinlə
Xalqın ürəyini açırsan, qardaş.
Lənkəran -2022-ci il
Nəvələrim
Nəvələrim Leyla, Nihad, Əli, İbrahim, İsmayıl, Nilufər və Milanaya
Şirin –şəkər diliniz var,
Qar tək bəyaz əliniz var,
Xoş gününüz, iliniz var,
Quş tək uçan nəvələrim.
Üstümüzdən ötüb duman,
Gəlib sizlə ən xoş zaman.
Gülüşünüz nənəyə can,
Mənə dərman nəvələrim.
Dirəksiniz, dirəyimə,
Qanadsınız diləyimə,
Ürəyindən ürəyimə
Qapı açan nəvələrim.
Gün calandı günümüzə,
Həyat gəldi evimizə.
Zülmət çökən ömrümüzə,
İşıq saçan nəvələrim.
Böyüyürsüz ildən-ilə,
Ürəyimiz gəlir dilə.
Olsa da yüz canım belə,
Sizə qurban nəvələrim.
Liman -2022-ci il
Bacılar
Bacılarım Mehribana, Cəmiləyə (rəhmətə gedib),
Nisəxanıma və Ruhanəyə ithaf edirəm.
Ata ocağında gözünüz qalıb,
Səliqə-səhmanda iziniz qalıb.
Ocaqda közərən közünüz qalıb,
İndi öz evinə çıraq bacılar.
Çəksəniz də vaxtsız ata həsrəti,
Sizi yarıtmadı ana şəfqəti.
Ən çətin məqamda namus-qeyrəti
Etdiniz özünə yaraq, bacılar.
Həyatın yolları deyildir hamar,
Qarşıda nə qədər sınaqları var.
Ata ocağından həmişə umar
Qursa da ev-eşik, ocaq, bacılar.
Qayğıda, diqqətdə bəlkə təksiniz,
Hərəniz ətirli bir çiçəksiniz.
Sevgiylə döyünən bir ürəksiniz
Keçir ömür-gün bu sayaq, bacılar.
Vaxtsız köçüb getdi Göyçək ananız,
Qardaş həsrətiylə göynər yaranız.
Böyüyür hər evdə ciyərparanız,
Yaranız bağlayıb qaysaq, bacılar.
Daha ağarıbdı qızıl dan yeri,
Gülür üzümüzə ömrün səhəri.
Əzəldən olsaq da qəm bəxtəvəri,
Artır xoş günümüz, saysaq, bacılar.
Gənclik tərk etsə vədəsiz məni,
Görüb qəm çəkməyin başımda dəni.
Gücsüz də bilməyin Əlizadəni,
Bilin arxanızda bir dağ, bacılar.
Liman -2022-ci il
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar