Xəbər lenti
2022-ci ildə yüksək vəzifələrə gətirilmiş gənc kadrlar
Xüsusilə də yüksək vəzifələrə gənc kadrların təyinatı daha çox diqqət çəkir. Cəmiyyətdə də bu cür kadrların təyinatı əksər hallarda müsbət qarşılanır və bunun idarəetmədə müasir texnologiyalardan istifadəni təkmilləşdirdiyi qeyd olunur.
Manevr.az xəbər verir k, Bizim.Media son dövrlərdə məsul vəzifələrə təyin olunan kadrları araşdırıb.
Sözügedən araşdırmanı təqdim edirik:
1. Rövşən Nəcəf
1982-ci ildə anadan olan Rövşən Nəcəf bu ilin fevralında SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub. Rövşən Nəcəf ötən il dekabrın 24-də iqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, 2007-2008-ci illərdə ABŞ-ın nüfuzlu Kolumbiya Universitetində magistr təhsili alıb.
2. Fərid Hacıyev
Mayın 17-də Milli Məclisin Aparat rəhbəri vəzifəsinə təyinat alan 33 yaşlı Fərid Hacıyev bu vəzifəni 26 il icra edən 70 yaşlı Səfa Mirzəyevi əvəz edib.
3. Taleh Kazımov
Aprelin 12-də Mərkəzi Bankın sabiq prezidenti, 70 yaşlı Elman Rüstəmovu bu vəzifədə 38 yaşlı Taleh Kazımov əvəzləyib. Mərkəzi Bankın yeni rəhbəri ABŞ-ın Corciya Universiteti və London Biznes Məktəbi kimi mötəbər elm ocaqlarında təhsil alıb.
4. Vüqar Məmmədov
Aprelin 25-də Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunan Vüqar Məmmədovun isə 36 yaşı var.
5. Vahid Hacıyev
Mayın 4-də Zəngəzur iqtisadi rayonunun Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi təyin olunan Vahid Hacıyev də kifayət qədər gənc kadrlardan hesab oluna bilər.
6. Elnur Əliyev
Rövşən Nəcəfin yerinə iqtisadiyyat nazirinin birinci müavini təyin edilən 38 yaşlı Elnur Əliyev də gənc kadrlardandır. O, London Kral Kollecində biznes hüququ üzrə təhsil alıb.
7. Sərxan Hacıyev
Aprelin 17-də AFFA-nın icra katibi təyin olunan Sərxan Hacıyevin 35 yaşı var. O, Futbol idarəçiliyi ixtisası üzrə Lozanna Universitetində təhsil alıb. S.Hacıyev bu vəzifədə Elxan Məmmədovu əvəzləyib.
8. Elxan İbrahimov
Bu ilin fevralında Kürdəmir rayonuna icra başçısı təyin olunan Elxan İbrahimov da 2022-ci ildə məsul vəzifəyə təyinat alan gənc kadrlardandır.
9. Şahin Seyidzadə
Gənc elitanın nümayəndələrindən daha birinin təyinatı bu ilin mart ayının əvvəlində həyata keçirilib. Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
15 aprel 1978-ci ildə Bakı şəhərində anadan olan Ş.Seyidzadə bundan əvvəl 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkisində 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə VI çağırış millət vəkili seçilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar