Xəbər lenti
Mövlan Şıxəliyev ekologiya nazirindən meşə ərazisini necə alıb? - MTN GENERALININ DAHA BİR OBYEKTİ ÜZƏ ÇIXDI
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin daha bir biznes obyekti üzə çıxıb.
Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, MTN-nin sabiq baş istintaqçısı Xaçmaz Xudat yolunun 20 kilometrliyində meşə sahəsini qanunsuz olaraq zəbt edərək, orada restoran tikdirib. Bununla bağlı saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, “Çoban” adlandırılan restoranı Mövlan Şıxəliyev qoruq sahəsi olan 3 hektar ərazidə “yaşıl soyqrım” həyata keçirərək, inşa etdirib. Yüzlərlə ağacı məhv etdirən MTN generalı bunun üçün ölkənin ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovu da təhdid edib.
Məlumata görə, MTN generalı naziri yaxın qohumlarının biri ilə bağlı əllərində olan kompromatla şantaj edib. Bu kompromat qarşısında geri çəkilən nazir sonradan ərazini MTN rəhbərliyinə güzəştə gedib. Sonradan icarəyə götürülən ərazidə qanunsuz tikinti aparılıb. Restoranı isə generalın Məhəmməd adlı şəriki işlədir.
Necə olur ki, hansısa sadə bir kəndli mənzilini qızdırmaq üçün bir ağac kəsdiyinə görə həbs olunur, ən yaxşı halda isə cərimə ilə canını qurtarır. Amma Mövlan Şıxəliyev kimiləri isə 3 hektar meşə ərazisini məhv edib, restoran tikdirsə də ona bir söz deyən tapılmır?
Xatırladaq ki, Çexiyada restoran və digər biznes strukturları olan MTN-nin sabiq baş istintaqçısının bu biznesi cinayət yolu ilə əldə etdiyi kimsəyə sirr deyil. Maraqlıdır ki, MTN-də baş verən cinayətlərin əsas iştirakçılarından biri olsa da hakimiyyətdəki hansısa “görünməz əl” onu həbsdən qoruyur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar