Xəbər lenti
Hindistanlı ana qızını qorumaq üçün 36 il özünü kişi kimi təqdim edib

Qadın 20 yaşında ailə qurub, amma əri toydan 15 gün sonra dünyasını dəyişib. Tezliklə qadının qızı doğulub. Xanım yenidən ərə getmək istəməyib. Özünü və qızını dolandırmaq üçün o, çox çalışmalı olub. İşdə həmkarları onu sıxışdırıblar. Qadın kişilərin ona olan marağını əngəlləmək üçün kişi kimi geyinmək qərarına gəlib. Onun cinsini yalnız yaxın adamları bilib. Hamı üçün o, kişi olub. Hətta ana bəzi sənədlərində də kişi kimi qeydiyyatdan keçib.
Məlumata görə, artıq yaşlı qadın həyatında maddi sabitliyə nail olub. Amma yenə də cinsini açıqlamaqdan qorxur. Belə ki, o, həm kişi olmağa öyrəşib, həm də kişi kimi geyinərək özünü daha təhlükəsiz hiss etdiyini bildirib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar