Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Quran qiraəti yarışması keçirilib

Tarix: 16-05-2022 20:30     Baxış: 4203 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ənənəvi olaraq hər il təşkil olunan “Quran qiraəti” müsabiqəsi keçirilib.
Müsabiqədə Aİİ İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər.

İlahiyyat İnstitutunun prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, Dillər və ictimai fənlər kafedrasının müəllimi Ənvər Mustafayev münsiflər heyətində təmsil olunublar.
Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov müsabiqənin əhəmiyyətini vurğulayaraq, Qurani-Kərimi gözəl oxumaqla yanaşı, həm də mənasını anlamağın vacibliyini bildirib. M.Mürsəlov ali təhsil müəssisəsində mütəmadi olaraq istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması istiqamətində müxtəlif müsabiqələrin davamlı olaraq həyata keçiriləcəyini nəzərə çatdırıb. Belə müsabiqələrin tələbələrə təcrübə qazandırdığını, inkişafına imkan verdiyini bildirib.
Tələbələr tərəfindən maraqla qarşılanan müsabiqədə qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib. Beləliklə, “Quran qiraəti” müsabiqəsində III kurs tələbəsi Murad Kərəmov 1-ci yerə, III kurs tələbəsi Əmrah Eminov 2-ci yerə, III kurs tələbəsi Azanə Əhmədova 3-cü yerə layiq görülüblər.
Müsabiqənin qalibləri mükafatlandırılıb və iştirakçılara təşəkkürnamələr təqdim edilib.

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar