Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vaksin saxtakarlığının detalları: “Ən çox da müəllimlər...” - Şok yazışmalar

Tarix: 15-05-2022 12:15     Baxış: 4210 A- / A+

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi (PHŞ) Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri işləmiş Qənitə İsmayılovanın cinayət işinə baxılıb.
Manevr.az teleqraf.com-a istinadən bildirir ki, Qənitə İsmayılova "Abşeron Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri vəzifəsində işləyərkən 2021-ci ilin aprel-sentyabr ayları ərzində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirmədən "COVİD-19" vaksinasiyası üzrə prosesin düzgün və keyfiyyətli aparılmasına şərait yaratmayıb, Mərkəzə məxsus möhürü özündə saxlamalı olduğu halda ayrı-ayrı tibb müəssisələrinin işçilərinə verib.
Cinayət işinin istintaqı zamanı Qənitə İsmayılovanın işinə laqeyd münasibətindən istifadə edən həmin işçilər tərəfindən hər iki doza üçün qanunsuz olaraq ümumilikdə 67 nəfərin "Sinovac" peyvəndi ilə vaksinasiya olunmalarına dair yalan məlumatların rəsmi sənədlərə, eyni zamanda "analiz.its.gov.az" rəsmi elektron portalına daxil edilməsinə, yol verilən qanunsuz əməllərin ört-basdır edilməsi məqsədi ilə 2 min 700 manat dəyərində 130 ədəd peyvənd flakonunun boşaldılaraq tullanılmasına, bununla da dövlətin epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılması, eləcə də vaksinləşmənin təmin edilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Qənitə İsmayılovanın barəsində Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.
Qənitə İsmayılovanın barəsində olan cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Şövkət Nəcəfovanın sədrliyi ilə araşdırılıb.
Təqsirləndirilən şəxs qismində ifadə verən Qənitə İsmayılova elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əmək fəaliyyətinə 2012-ci ilin sentyabrında Abşeron rayon, Saray qəsəbə Xəstəxanasında həkim-pediatr kimi başlayıb: "2014-cü il tarixdə Abşeron rayon Güzdək qəsəbə Həkim Məntəqəsinin müdiri vəzifəsinə təyin olundum. 2015-ci ilin aprelində isə Mehdiabadda Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri vəzifəsinə təyinat aldım. Hazırkı vaxtadək həmin vəzifəsində işləyirdim".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Mehdiabad ASM-də vaksinasiya prosesi 2021-ci ilin martında başlanıb: "Vaksinasiya prosesində iştirak edən şəxslərin dairəsi Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən imzalanmış əmr əsasında müəyyən edilirdi. Müvafiq əmr hər ay yenilənirdi.
Həmin əmrə əsasən vaksinasiyanın məntəqədə fəaliyyət göstərən üzvləri və səyyar qaydada fəaliyyət göstərən əməkdaşlar müəyyən olundu. Səyyar briqadanın tərkibi demək olar ki, dəyişilməz idi. Həmin briqadaya ailə həkimi Arzu Əlicanova və tibb bacısı Nəzakət Hüseynova daxil edildi.
Məntəqədə fəaliyyət göstərən şəxslər qeydiyyatçı Gülşən Həsənova, tibb bacısı İlhamə İbadova, vaksinatorlar isə tibb bacıları Xalidə Xudayarova və Natəvan Əhmədova idi".
Qənitə İsmayılovanın sözlərinə görə, həkim məntəqəsində ümumilikdə 21 nəfər işçi var: "Həmin, işçilərin demək olar ki, hamısı mənim şifahi göstərişlərim əsasında vaksinasiya prosesində iştirak ediblər. Həmin göstərişi məntəqədə insan sıxlığının qarşısını almaq məqsədilə vermişəm.
Vaksinasiya prosesi zamanı vətəndaş məntəqəyə daxil olduqda birinci mərtəbədə həmin şəxsdən "online" növbə götürüb-götürmədiyi aydınlaşdırılıb. Əgər növbə götürülməyibsə, vətəndaşa sıra nömrəsi verilib və vətəndaş növbəsi çatanda məntəqəyə daxil olub. Vaksinasiya prosesi məntəqənin 2-ci mərtəbəsində həyata keçirilib. Vətəndaş ikinci mərtəbəyə qalxdıqda 13-cü otağa, yəni elektron qeydiyyat sisteminin olduğu otağa daxil olub. Həmin otaqda qeydiyyatçılar əyləşiblər.
Müayinəyə əsasən xəstə həkim tərəfindən vaksinasiyaya yararlı hesab edilərsə, vətəndaş vaksinasiya otağına yönləndirilib. Həmin otaqda vaksinator qismində Xalidə Xudayarova və Natəvan Əhmədova əyləşiblər. Vətəndaş vaksinasiya olunduqdan sonra qeydiyyat otağına keçib və qeydiyyat otağında tibb bacılarının vaksinasiya olunduqları barədə məlumat verdikdən sonra sonuncular tərəfindən həmin şəxsin adlarına olan "COVİD-19 vaksinasiyası üzrə məlumat forması" adlı sənədi tərtib edilib".
Qənitə İsmayılova qeyd edib ki, həkim məntəqəsində vətəndaşların adlarına saxta "COVİD-19 vaksinasiyası üzrə məlumat forması" adlı sənədlərin tərtib olunması barədə məlumatı olmayıb: "Həmin məntəqədə mama vəzifəsində işləyən həkim vaksinasiya prosesinə nəzarətçi qismində təyin edib. Sonuncunun həmin prosesi faktiki olaraq idarə edib. Həmin həkimlə uzun müddət ərzində birlikdə işlədiyimdən ona etibar etmişəm".
Qənitə İsmayılova ifadəsinin sonunda ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşağının olmasını, azyaşlı uşağının xəstəliyini və qadın olmasını nəzərə alınmasını istəyib.
Bundan başqa məhkəmə araşdırması zamanı həm Qənitə İsmayılovanın, həm də onun işçilərinin saxta vaksin pasportu alan şəxslərlə vatsap yazışmaları tədqiq olunub.
Həmin yazışmalardan məlum olur ki, vaksin pasportu almaq üçün müraciət edən şəxslərlə uzun müddət söhbət aparılıb.
Yazışmalardan görünür ki, vətəndaşla aparılan pul söhbətindən sonra onlara bank kartı göndərilib və saxta vaksin pasportu almaq üçün pullar həmin kartlara ödəniş edilib. O da aydın olur ki, saxta vaksin pasportu alanların bir çoxu orta məktəb müəllimləri olub.
Vatsap yazışmalarından birindən pul istənilib. O da məktəbdə olduğunu, üstündə pulu olmadığını, evə gedəndən sonra ödəniş edəcəyini qeyd edib.
Məntəqənin tibb işçilərindən biri vaksin pasportu almaq istəyən şəxsə yazıb ki, verilən puldan 50 manat həkimə, 20 manat JEK-ə ödəniş edilir. Bunun üçün də həmin şəxsdən 70 manat tələb olunub.
Daha sonra isə bahalaşma başlayıb və qiymətlər 100 manata qalxıb. Tanışlara isə "güzəşt" edilib. Belə ki, müraciət edənlərdən birinə "yad adamlara 100 manat, sən tanış olduğun üçün 50 manata olacaq" deyə mesaj verilib.
Sənədlərə görə, məntəqənin işçisi Günay adlı şəxsin vətəndaş Şəfəq adlı şəxslə yazışması tədqiq olunub. Müraciət edən şəxs Günaya yazıb:
- Qurban sənə, bu işin həll etdiyin adamlarin ailə üzvlərinin qalanlari və mənim bacim oğlu birlikdə 4 nəfər neçə vaxtdır yalvar-yaxar edirlər ki, Günay xanımla daniş, bizi əvvəlki qiymətə həll etsin. Rayonda camaat çox çətin vəziyyətdə yasayir. İnan ki, pensiya ilə güclə əvvəlki qiymətlə pulu düzəldiblər. Onlari həll edə bilərsən? Həll etdiyin dəqiqə pulu kartina köçürəcəm. Sən bunlari da həll et, özüm xəcalətindən cıxacam.
- Bax, Şəfəq, Allaha and olsun ki, əvvəlki qiymətə heç bu dəqiqə mənim öz qohumlarımı eləyə bilmirəm. Çünki "uje" bizim poliklinikada mümkün deyil. Bambaşqa bir yerlə eləyirəm, bambaşqa bir sahə ilə eləyirəm. Onlardaki 300-dən aşağı eləmirlər. Çünki vaxt azalır, sentyabr yaxınlaşır, vaxt, adam çoxdur, dəhşət, hamı da qorxur, əvvəlki qiymətə mümkün olsa öz qohumlarıma eləyərəm. Heç şoferimi eləməmişəm, o qalıb. Bacımı eləməmişəm, gəlinimizi eləməmişəm. Onların hamısını mən 300-dən eləyəcəyəm, yəni cibimdən 300 manat verəcəm. Əvvəlki qiymətə mümkün deyil, heç kim yaxın durmur. Onu kiməsə ağız açmağın mənası yoxdur.
- 300 manata heç qətiyyən gücləri çatmaz.
- Gorək neynirik. Mən mamam üçün 300 verdim, elədim. Mənlik olsa 50 manata da edırdim...
Maraqlıdır ki, qiymət getdikcə daha da böyüyüb. Müraciət edənlərə hətta 400 manata da vaksin pasportu almağın mümkün olduğu göstərilib. Buna səbəb isə sentyabrın 1-dən nəzarətin daha da güclənməsi qiyməti qaldırıb. Ümulikdə 400 manat tələb olunan şəxslərdən hər doza üçün 200 manat istənilib.
Qənitə İsmayılovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza təyin olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar