Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Çörək ucuzlaşmayacaq” - Deputat

Tarix: 14-05-2022 16:42     Baxış: 3188 A- / A+

2022/05/tahir-1652527685.jpg“Çörəyin qiymətinin bahalaşması gözlənilən olduğu üçün həyata keçirilən hər bir tədbir, verilən qərar bunun qarşısının alınması istiqamətində çox vacibdir. Ümumiyyətlə, artıq dünyada da buğda, un məhsullarının qiyməti artır. Təbii haldır, bu, bizə də təsir edəcək, çünki biz buğda məhsullarını xarici ölkələrdən, Ukrayna, Rusiyadan daha çox idxal edirik. İndi hətta danışıqlar aparılır ki, Qazaxstandan da bu məhsulları idxal edək. Yəni sözsüz ki, əgər dünyada bahalaşma gedirsə, bizdə də mütləq şəkildə öz təsirini göstərəcək, göstərir də. Mütləq qabaqlayıcı tədbirlər görülməlidir. Dövlət başçısı da, hökumət də bu barədə ilk gündən fikirləşir”.
Manevr.az xəbər verir ki, bunu Pravda.az-a Milli Məclisi Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ölkəyə idxal olunan çörək mayaları, hazır çörəkçilik tozlarının gömrük rüsumundan azad olunmasına münasibət bildirərkən deyib.
T.Rzayev qeyd edib ki, hələ qiymətlər artmamışdan əvvəl hökumət bununla bağlı anons  vermişdi: “Cənab prezident bir sıra çıxışlarında demişdi ki, buğda, un məhsullarının qiyməti artacaq, buna görə də buğda istehsalını artırmalıyıq və bu istiqamətdə əlavə tədbirlər görməliyik. Nazirlər Kabineti bundan sonra un məhsullarının xaricə ixrac olunmasının qarşısının alınması və bu halın məhdudlaşdırılsın üçün tədbirlər gördü. İdxal olunan məhsullara vergilərin tətbiq olunmaması qərarı da məhz əvvəl qəbul olunmuş qərarların tərkib bir hissəsidir. Yəni un məhsullarında qiymət artımının qarşısını almaq üçün müəyyən yollar var və hökumət də bu barədə fikirləşir. Düşünürəm ki, bu, Azərbaycana elə də ciddi təsir göstərməyəcək, çünki bizim artıq bir neçə aylıq buğda, un ehtiyatımız var. Digər tərəfdən də qeyd etdiyim kimi artıq başqa dövlətlərlə buğdanın, un məhsullarının idxalı ilə bağlı müəyyən razılaşmalar var. Ancaq bunu da əlavə edim ki, əgər müəyyən çətinlik yaranarsa, dövlət müəyyən güzəştlərə getməyə məcbur olacaq. Aztəminatlı ailələr və bu kimi təbəqəyə aid insanlar kompensasiya ilə təmin ediləcəklər. Digər tərəfdən də gördüyünüz kimi əməkhaqqı, pensiya, müavinətlər artır. Bu da bir növ qabaqlayıcı tədbirlər sırasındadır. Ölkədə bununla bağlı ciddi problem yarana bilməz".
Deputat bildirib ki, qəbul olunan qərar çörəyin qiymətinin ucuzlaşmasına heç bir təsirini göstərməyəcək: "Bu qərar çörəyin qiymətinin ucuzulaşacağı anlamına gəlmir, sadəcə, qabaqlayıcı tədbirdir. Hər bir qabaqlayıcı tədbir isə həmin məhsulların qiymətinin artmaması üçün bir plan, bir istiqamətdir. Məsələn, pandemiya zamanı olduğu kimi, ölkədə virusun yayılmadığı vaxtlarda modul tipli xəstəxanalar tikildi. Yəni artıq pandemiyanın cücərtiləri var idi və təbii ki, bunu dövlət rəhbərləri daha əvvəl bilirdi. Ona görə də bu xəstəxanalar tikiləndə, hətta bəzi müxalif qüvvələr deyirdi ki, bu dövlət büdcəsini talamaqdır, onlar nəyə lazımdır və s. Bir neçə aydan sonra isə bilindi ki, dünyada bu xəstəlik yayılıb və xəstəxanalar lazımdır. Əgər o xəstəxanalar tikilməsəydi, biz çətinliklə üzləşə bilərdik. Müəyyən məsələlər var ki, onu bizdən əvvəl dövlət rəhbərləri, hökumət bilir. Ona görə də onlar düzgün hərəkət edirlər ki, müəyyən xəbər olan kimi bu istiqamətdə qabaqlayıcı tədbirlər görsünlər. Daha gözləmirlər ki, xəstəlik gəlsin, bahalaşma olsun, sonra başlasınlar hansısa tədbirləri görməyə. Bu effektiv nəticə verməz. Dünyada iqlim dəyişikliyi, müharibələr var, buğdanın məhsuldarlığı aşağı düşüb, buna görə də qabaqlayıcı tədbirlər görmək lazımdır. Bu tədbirlər hissə-hissə görülür ki, bahalaşmanın qarşısı alınsın.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar