“Ramiz Mehdiyevin gedişindən sonra AMEA-da cüzi də olsa heç bir dəyişiklik olmayıb. Əvvəlki vəziyyət davam edir, müsbət dəyişiklik yoxdur”.
Bu sözləri Modern.az-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov söyləyib.
İ.Abbasov deyib ki, reklamlar, hər hansı görüntülər müsbət nəsə göstərə bilər, amma real olaraq ortada heç bir dəyişiklik yoxdur.
“AMEA-nın bağlanması mümkün ola bilər. Hansısa qurum yaradılıbsa, heç vaxt dağıldımayacaq kimi bir anlayış yoxdur. Bəzən xalqa, dövlətə fayda verməyən bir qurumun ləğv olunması zərurəti yaranır. Bu qurum dövlətin elm potensialına heç bir töhfə verə bilmir. Ancaq dövlət büdcəsindən ora maliyyə yardımı ayrılır. Ola bilsin ki, bir qrup insan sadəcə o maliyyədən istifadə edir. Bir çoxu hətta varlanır, milyonçuya çevrilir. Ümumillikdə qurum funksiyasını itirib, barmaqlarını qaltalaya bilməzlər ki, filan qədər uğurumuz var. Orada dürüstlüyə çalışan əməkdaşlar təqib olunduqca, hansı inkişafdan danışmaq olar?"
Professor söyləyib ki, prezidentliyə namizədliklə bağlı dəqiq məlumatı yoxdur:
“Ancaq yeni prezident seçilsə də, heç bir uğur görmürəm. Prezident seçilib nə edəcək ki, yenə eyni şeylər təkrar olunacaq. Alimlərimiz ya problemləri həll etmək istəmirlər, ya da elmə maraqları yoxdur. Ümumi nəticə olaraq isə AMEA-da heç bir dəyişiklik olmayıb, olmayacaq da”.
Xatırladaq ki, akademik Ramiz Mehdiyev bu il fevralın 14-də AMEA-nın prezidenti vəzifəsindən istefa verib. Onun istefa ərizəsi qəbul edildikdən sonra AMEA Nizamnaməsinə uyğun olaraq Akademiya prezidentinin səhaliyyətlərinin icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
İndi AMEA Rəyasət Heyətinin Ümumi Yığıncağı keçirilməli, bu elm müəssisəsinə yeni prezident seçilməlidir. Ümumi Yığıncağın dəqiq vaxtı isə məlum deyil.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar