Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşı təltif olunub - ŞƏKİLLƏR

Tarix: 12-05-2022 11:53     Baxış: 2531 A- / A+
Bərdə Regional Mədəniyyət İdarəsində regional idarənin baş məsləhətçisi, Tərtər rayonu üzrə nümayəndə Ceyhun İsmayılzadənin Vətən müharibəsində arxa cəbhədə göstərdiyi xidmətlərə görə, təltif olunma mərasimi keçirilib.

Tədbirdə idarənin rəisi Vəsilə Möhsümova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər Regional Bölməsinin rəhbəri Vidadi Məmmədzadə, Vətən Müharibəsi qazisi Paşazadə Amid, Vətən Müharibəsi veteranı, Azərbaycan Bayrağı ordenli Əhliman Nəzərov, Vətən Müharibəsi şəhidi Hacıyev Qubad Cəmil oğlunun atası Cəmil Hacıyev və mədəniyyət işçiləri iştirak ediblər.Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdiyi igidlik və şücaət nümunələrindən danışıblar. Regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin hərbi vətənpərvərlik sahəsində gördüyü işlərdən, keçirilən tədbirlərdən, il ərzində şəhid ailələri və qazilərə göstərilmiş diqqətdən söz açılıb. Vurğulanıb ki, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması istiqamətində regionda çox sayda tədbirlər və layihələr icra olunur. Bütün bunlar nəzərə alınaraq regional idarənin əməkdaşı, Tərtər rayonu üzrə nümayəndə Ceyhun İsmayılzadə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən təsis edilmiş “Böyük Zəfər” medalı ilə təltif olunub. 
Mədəniyyət Nazirliyi və Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür.

Arzu Murad
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar