Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda çəkiləcək tramvay xətləri hansı əraziləri əhatə edəcək? - AÇIQLAMA + VİDEO

Tarix: 11-05-2022 14:36     Baxış: 3214 A- / A+

Bakı Nəqliyyat Agentliyində (BNA) aparılan struktur dəyişikliyi fonunda Bakıda tramvay və trolleybusların bərpa olunub-olunmayacağı maraqla gözlənilir. Paytaxtda bu nəqliyyat növlərinin yenidən fəaliyyətini bərpası isə zaman-zaman geniş müzakirəyə çıxarılıb.
Nəqliyyat eksperti Eldəniz Cəfərov “ARB 24”də yayımlanan “İş vaxtı” verilişində islahatlar olacağını deyib:
“Fikrimcə, Bakıda nəqliyyatın şaxələnməsi olacaq. Ona görə, tramvay və trolleybus xətləri aktuallaşa bilər. Trolleybusların yenidən nəqliyyata qayıtması inandırıcı olmasa da, tramvayların çəkilməsi mümkündür.
Hesab edirəm ki, Bakıətrafı qəsəbələrdə tramvay xətlərinin olması olduqca müsbət haldır. Bunu şəhərinin mərkəzində təşkil etmək çətin olsa da, ətraf ərazilərdə tramvayların işə düşməsi real görünür”.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da məsələnin gündəmdə olduğunu mətbuata açıqlaması zamanı bildirmişdi. O, açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu qeyd etmişdi:
“Vaxtilə Bakıda mövcud olmuş tramvay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Bu səbəbdən xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.
Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”.
Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baku.ws-ə bildirilmişdi ki, şəhərdə mobilliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi nəzərdə tutulur. Hazırda tramvay xətlərinin çəkilməsi və ona nəzarət edilməsinin həvalə olunacağı qurum da müzakirə obyektidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar