Xəbər lenti
Özünü polis bölməsindən atan şəxslə bağlı DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünü ikinci mərtəbədən atan şəxslər bağlı yayılan xəbərlərə münasibət bildirilib.
Manevr.az-ın məlumatına görə, Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Ölkə.Az"ın sorğusuna cavab olaraq bildirib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünə xəsarət yetirən şəxs narkotika aludəçisidir, narokotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir: “Qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir”.
Qeyd edək ki, ötən gün bölməyə gətirilən 1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu binanın ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar