Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

MİDA-dan ucuz ev istəyənlərdən nə qədər rüşvət alınıb? - ARAŞDIRMA

Tarix: 09-05-2022 13:06     Baxış: 4277 A- / A+


MİDA-dan ucuz ev istəyənlərdən nə qədər rüşvət alınıb? - ARAŞDIRMA
Bakıda külli miqdarda rüşvət vermədə təqsirləndirilən Könül Kazımovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Manevr.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rahib Salmanovun icraatına verilib.
Cinayət işi üzrə 62 zərərçəkmiş var.
Əldə etdiyimiz məlumata görə, 47 yaşlı K. Kazımova Bakıda fəaliyyət göstərən “KL-2018” MMC-nin rəhbəridir. O, Bakıda MİDA tərəfindən tikilən sosial evlərdən ucuz ev almaq vədi ilə 62 nəfərə vəd verib. Bu yolla onların hərəsində 5 min manatdan 27 min manatadək pul alıb. Onun zərərçəkmişlərə vurduğu zərərin ümumilikdə yarım milyon manata yaxın olduğu bildirilir.
Hazırda məhkəmənin istintaqı davam edir.
Qeyd edək ki, bir neçə gün əvvəl də MİDA-nın tikdiyi sosial evlər layihəsində 5 saniyə ərzində evlərin satılması böyük qalmaqala səbəb olmuşdu. Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılmış və onlarınxüsusi proqramla həmin evləri 5 saniyə ərzində alması müəyyən edilmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar