Xəbər lenti
Millət vəkilinin oğlu ABŞ-da Masallı adında şirkət açdı

70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov “Masalli Enterprise LLC” adlı şirkət təsis edib.
Manevr.az-ın yeniavaz.com-a istinadən xəbər verir ki, “Masalli Enterprise LLC” aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydı alınıb.
Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.
Qeyd edək ki, Məşhur Məmmədovun 1994-cü il təvəllüdlü oğlu Məmməd Şahbazov 2013-2017-ci illərdə ABŞ-ın Konnektikut Universitetində bakalavr, 2017-2019-cu illərdə isə Nyu-York Universitetində magistr təhsili alıb. Məmməd Şahbazov hazırda Nyu-Yorkda fəaliyyət göstərən “Reynolds Asset Management” adlı daşınmaz əmlak şirkətində çalışır.
Onu da bildirək ki, Məşhur Məmmədov 2002–2009-cu illərdə “Embawood” MMC-nin direktoru, 2009–2011-ci illərdə “Embawood İnşaat” MMC-nin direktoru, 2011–2014-cü illərdə “Embawood” MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə “Progress Construction” MMC-nin direktoru vəzifələrində çalışıb. Hazırda Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar