Xəbər lenti
“Atamın qavalını satıram” - Xalq artistinin qızı

“Atamdan yadigar qalan qavalı satıram. Bu söhbət çoxdan var idi, sadəcə efir vasitəsilə deyilməmişdi. Nanə xanım sağ olsun, onun verilişində atam haqda reportaj getdi. Allah kərimdir, bəlkə bir yol açıldı?! Çünki mən bu məsələni ictimailəşdirməmişdim, sadəcə tanış-bilişə demişdim. Mənim başqa yolum yoxdur. Gedib heç kəsə ağız açıb, qapı döyən deyiləm. Heç baxan da yoxdur, kimin qapısını döyüm?! Ona-buna ağız açmaqdansa atamın öz dəfidir də, satıram. Ürəyim gəlməsə də belə satacam. Çox fikirləşib, götür-qoy etmişəm”.
Açıqlamasında Xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova bildirib. O daha sonra əlavə edib:
“Qavalı ehtiyac üzündən satıram. Başqa satılmalı heç nəyim yoxdur. Gərək ki, bu qaval satılsın ki, mən bundan sonra həmin vəziyyətdən çıxa bilim. Bu qavalın da gərək fanatı, istəyəni olsun da. Qavalın qiymətini də bilirəm, soruşanlara demişəm. Bir çoxları deyir ki, biz Hacıbabanın çörəyini yeyirik, ondan öyrənmişik. Onlar mənim vəziyyətimi də, maddi durumumu da bilirlər. Bu mənim yaxşı günümdür, bundan da pis vəziyyətdə olmuşam. Hələ bir dəfə soruşmayıblar ki, nə yeyirsən? Nə içirsən? Bəlkə də sənət yoldaşları qavalı satdığımı bilsə məni qınayacaqlar, amma bir adam mənə bu mövzuda söz deməsin.


“Çox istərdim ki, bu qaval Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Aqil Məlikova qismət olsun. Atam hər zaman bu xanəndələri çox istəyib. Zabit Nəbizadə hər zaman zəng edib bizi başa çıxır. Atamın doğum və anım günlərində məzarını ziyarət edir. Təəssüf ki, hamıda o vəfa yoxdur” . moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar