Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı nazir ABŞ-da bayrağımızı səhv saldı — BİABIRÇILIQ + ŞƏKİLLƏR

Tarix: 07-05-2022 18:32     Baxış: 3250 A- / A+
Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov bu yaxınlarda ABŞ-a səfəri çərçivəsində Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəmlə görüşüb.
Manevr.az-ın məlumatına görə, Demokrat.az-ın araşdırması nəticəsində məlum olub ki, ikitərəfli görüş zamanı Anar Kərimovun arxasında Azərbaycanın üçrəngli bayrağı əvəzinə Maldiv Respublikasının dövlət bayrağı qoyulub.
Azərbaycanın Mədəniyyət Nazirliyi isə həmin görüşdən çəkilmiş fotoları qurumun saytına yerləşdirib, daha sonra isə silib.
Maraqlıdır ki, Anar Kərimov sözügedən görüşdə Azərbaycanı, yoxsa Maldiv adalarını təmsil edib?!
Buradan üç məqam ortaya çıxır:
1. Bu görüşü təşkil edənlər Azərbaycan bayrağını tanımayıblar, rənglərini səhv salıblar, bəs Anar Kərimov necə? O da Azərbaycan bayrağını tanımayıb?
Ümumiyyətlə, Anar Kərimov niyə arxasına baxmayıb ki, hansı ölkənin dövlət bayrağı altında rəsmi görüş keçirir? Öz ölkəsini təmsil edən bir nazirin hədsiz diqqətsizliyi və Azərbaycana olan bu cür hörmətsizliyi qəbuledilməzdir.
2. Görünür ki, bu görüşdən əvvəl Maldiv Respublikasının təmsilçisi də orada görüş keçirib, amma bayrağı dəyişmək yaddan çıxıb. Bu məsələdə də bütün məsuliyyət yenə Anar Kərimovun üzərinə düşür.
3. Bu, diplomatik təxribat da ola bilər. Bəs bizim nazir belə təxribatdan nə üçün yayına bilməyib?

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar