Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

DYP-nin yanlış parklanmaya görə 800 manatlıq cəriməsi qanunidir? - AÇIQLAMA

Tarix: 05-05-2022 20:37     Baxış: 3219 A- / A+
DYP-nin yanlış parklanmaya görə 800 manatlıq cəriməsi qanunidir? - AÇIQLAMA

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis leytenantı Rüstəm Əhmədlinin avtomobilin ön və arxa kapotlarını açmaqla, nömrələrin üstünü bağlamaqla məsuliyyətdən yayınmaq istəyən sürücüləri 800 manatadək cərimələnməsi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.

Manevr.az-ın məlumatına görə, vəkil Tural Hüseynov oxu.az-a açıqlamasında bildirib ki, güman ki, polis əməkdaşı İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə istinad edib:
 
"İnzibati xətalar Məcəlləsinin 342.9-ci maddəsinə əsasən, Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Maddənin dispozisiyasından da göründüyü kimi, maddə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə cəriməni nəzərdə tutur. 
Belə ki, bəzi sürücülər tərəfindən müvafiq texniki vasitələrlə (kamera görüntüləri, sürət ölçən cihazlar və s.) aşkar edilən inzibati xətalardan yayınmaq məqsədilə avtonəqiyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşü xüsusi örtük və qurğu vasitəsilə örtülür ki, sürücülər tərəfindən yol verilən bu kimi halların qarşısının alınması üçün sözügedən norma tətbiq edilir. 

Lakin, avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirmək üçün örtüklərdən və ya qurğulardan istifadə edilməsi ilə avtonəqliyyat vasitəsinin ön və arxa kapotlarının açıq saxlanılması halını eyniləşdirmək doğru olmazdı. Maddədən də anlaşıldığı kimi, bu halda hər hansı örtük və ya qurğudan istifadə olunmur. 

Bu səbəbdən də avtonəqliyyat vasitəsinin ön və arxa kapotlarının açılması yolu ilə nömrələrin üstünün qapadılmasına görə İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tətbiqi doğru olmazdı”.  

"Əgər sürücü tərəfindən qadağanedici nişanın tələbi pozularaq qadağan olunmuş yerdə avtonəqliyyat vasitəsi park edilmişdirsə və inzibati xətadan yayınmaq məqsədilə avtonəqliyyat vasitəsinin ön və ya arxa kapotu açıq saxlanılmışdırsa, bu halda yalnızca dayanma və durma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilməlidir”, - deyə o qeyd edib. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar