Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Maaş və pensiyalar yenidən artır? - İqtisadçıdan açıqlama

Tarix: 05-05-2022 15:08     Baxış: 3224 A- / A+
2022/05/manat-1651748058.jpg“Hökumətin bu ilin birinci rübündə bahalaşma səviyyəsinə dair açıqladığı məlumat saxtadır. Onun Azərbaycan reallığı ilə heç bir əlaqəsi yoxdur”.
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a iqtisadçı Nemət Əliyev deyib.
O, neft qiymətinin artımı əsnasında 2022-ci ilin ikinci rübündə pensiya və əmək haqlarının artırılacağı ehtimalı danışıb:
“Ölkə miqyasında 12,2 faiz bahalaşma elan edilib, amma apardığımız hesablamalar göstərir ki, həmin göstərici 30-32 faiz arasında dəyişir.
Bəziləri düşünür ki, neft bahalaşıbsa, bu, təqaüd, maaş və müavinətlərin artımına müsbət təsir edəcək. Halbuki neftin qiyməti ötən ildən artıb. Məsələn, 2021-ci ilboyu Azərbaycan ixrac mallarının  bahalaşmasından 13 milyard manat qazanıb. Faizlə ifadə etdikdə ixrac malları 56 faiz bahalaşıb. Bu, əmək haqqı və pensiyalarda əks olunub, amma həmin artımlar yetərsizdir.
Ötən ilin sonunda muzdla çalışanların əmək haqlarına 3,4 faiz artım hesablanıb, amma rəsmi bahalaşma səviyyəsi 6,4 faizdir. Bu iki göstəricinin müqayisəsi hər şeyi deyir. Baxmayaraq ki, neft gəlirləri həddən ziyadə artıb, ixrac malları bahalaşıb, amma son nəticədə, ilin sonunda əhalinin alıcılıq qabiliyyəti azalıb, ölkədə həyat səviyyəsi göstəricisi pisləşib”.
Nemət Əliyevin sözlərinə görə, əmək haqlarının artım tempi qiymətlərin artım tempindən geridə qalır:
“Nikbin ovqat aşılayan iqtisadçıları qınamaq lazım deyil. Çünki həmin iqtisadçılar məntiqi-nəzəri təfəkkürdən çıxış edirlər. Normal düşüncə bundan ibarətdir ki, bir halda ki, dövlətin gəlirləri artır, deməli, əməkhaqqı, pensiya, müavinətlər də artacaq. Çatışmayan budur ki, əvvəlcə qiymətlərə böyük təkan verib qaldırır, bununla da alıcılıq qabiliyyətini kəskin şəkildə pisləşdirir, ondan sonra əmək haqlarına artım edirlər”.
İqtisadçı qeyd edib ki, hər kəs son aylarda baş verən bahalaşmanın fərqindədir:
“Açığı, fikrimi bədbin notlarla bitirmək istəməzdim, lakin təəssüf ki, Azərbaycan reallığı belədir. Mənə elə gəlir ki, marketlərə girəndə hər kəs bunun fərqinə varır. Məsələn, 2 il bundan əvvəl, bu vaxtlar soğanın qiyməti 60-70 qəpik idi, amma indi hara getsən, 1 manatdan ucuz soğana rast gəlməzsən. Kartofun qiyməti 60-70 qəpik idi, indi 1 manat 50 qəpik. Tərəvəzlərin qiymətində orta hesabla 58 faiz bahalaşma müşahidə olunur. Buğda ununun qiymətində 48 faiz artım yaşanır. Bahalaşma o qədər yüksəkdir ki, pensiyaların, müavinətlərin, əmək haqlarının artması istiqamətində hökumətin atdığı bütün addımların effektini heçə enir.
Əlbəttə, belə bir şəraitdə nikbin gözlənti əmək haqlarının və pensiyaların artımı olur. Bunun üçün yetərincə əsaslar var. Amma təəssüf ki, hökumət bunu etmək istəmir, yaxud da bacarmır. Nəticə bu dərəcədə acınacaqlıdır. Biz artımın olmasını arzulayırıq, amma arzulamaq çox azdır. Gərək bunu hökumət də arzulasın və həyata keçirsin”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar