Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

İki nazirin telefonlarında casus proqramı aşkarlandı

Tarix: 02-05-2022 18:19     Baxış: 3230 A- / A+
İki nazirin telefonlarında casus proqramı aşkarlandı
İspaniya Baş naziri Pedro Sançes və müdafiə naziri Marqarita Roblesin mobil telefonlarında "Pegasus" casus proqram təminatı aşkarlanıb.
Manevr.az xəbər verir ki, bu barədə Prezidentlik məsələləri üzrə nazir Feliks Bolanos mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, Baş nazir və müdafiə nazirinin telefonları 2021-ci ilin mayında və iyununda casus proqram təminatına "yoluxub".
Hökumət rəsmisi bildirib ki, Sançesin telefonu iki dəfə "yoluxub” və telefondan böyük miqdarda məlumat çıxarılıb.
 
O, Baş nazirə qarşı kimin casusluq edə biləcəyini açıqlamayıb.
 
"Xarici müdaxilələr dedikdə, onların dövlət qurumlarına yad olduğunu və məhkəmə icazəsi olmadığını nəzərdə tuturuq. Buna görə də biz bu hücumları qeyri-qanuni və xarici müdaxilə kimi təsnif edirik”,- deyən nazir Bolanos, hökumətin hazırda digər yüksək səviyyəli üzvlərin haker hücumuna məruz qalıb-qalmadığını araşdırdığını əlavə edib.
 
Qeyd edək ki, "Pegasus" İsrailin NSO Group şirkəti tərəfindən hazırlanıb və dövlət qurumları, qlobal siyasətçilər, jurnalistlər və fəallar üzərində casusluq etmək üçün istifadə olunduğu müəyyənləşib./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar