Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Həyat yoldaşının maşınını etibarnaməsiz sürmək olar?

Tarix: 30-04-2022 08:47     Baxış: 3233 A- / A+


Son zamanlar DYP əməkdaşları həyat yoldaşının avtomobilini etibarnamə olmadan, yalnız nikah şəhadətnaməsiylə idarə edən sürücüləri saxlayır və cərimə meydançasına aparır.
Manevr.az xəbər verir ki, bu barədə DİN yanında İctimai Şura üzvü, tanınmış jurnalist Taleh Şahsuvarov məlumat paylaşıb və narazılığını ifadə edib.
Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, həyat yoldaşının avtomobilini nikah şəhadətnaməsi ilə idarə edən şəxsin cərimələnməsi qanunsuzluqdur:
“Azərbaycan qanunvericiliyi bir-biri ilə bağlıdır. Birgə nikah dövründə əldə olunmuş əmlaka ər və arvadın hər ikisinin sərəncam vermək və sahiblik hüququ var. Hər iki insanın sahib olduğu əmlaka görə niyə biri digərindən etibarnamə almalıdır? Bu absurd və məntiqsiz yanaşmadır”.
E.Muradlının sözlərinə görə, artıq bir çox ölkələrdə etibarnamə də əhəmiyyətini itirib:
“Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olması yetərlidir. Əvvəlcə ailə daxilində - ər-arvadın bir-birinə və yaxud övlada etibarnamə verilməsi tələbi ləğv edilməli, daha sonra isə ümumilikdə etibarnamə anlayışı qanunvericilikdən çıxmalıdır./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar