Xəbər lenti
300 dollarlıq konfet və 15 dollarlıq peçenye: II Elizabetin sevimli yeməkləri

Ülyahəzrət hər səhər eyni vaxtda oyanır və eyni qrafikə uyğun hərəkət edir. Yuxudan oyandığı zaman ilk gördüyü işlərdən biri şəkərsiz və südsüz, berqamot ətirli bir fincan "Earl Grey" çayı içməkdir. Desert üçün isə kral ailəsinin keçmiş aşpazı Darren Makqredinin dediyinə görə, kraliça "British Chocolate Bath Olivers" və "Pink Champagne Truffles"a üstünlük verir.
"Bu, xırtıldayan, vam odda bişmiş peçenyelərin üzərinə gəzdirilmiş bol tünd şokolad – tərkibi mayaotu, səməni və əlbəttə ki, tünd şokoladdan ibarət olan, 1930-cu illərin patentləşdirilmiş reseptindən istifadə etməklə hazırlanmış dadlı biskvit delikatesidir", – deyə aşpaz bu məhsulu təsvir edib.
Yeri gəlmişkən, "kral" peçenyeləri elə də ucuz deyil, 200 qramlıq qablaşdırma Böyük Britaniyada sizə təxminən 14 dollara başa gələcək. Məlumdur ki, kraliça şirniyyatı çox sevir və yaxınları onu hətta "şokoqolik" kimi də qələmə verirlər.
"Ülyahəzrət tam bir şokolad həvəskarıdır. Tərkibində şokolad varsa, menyuya daxil etdiyimiz hər şeyə, xüsusilə də şokoladlı piroqa razılığını verirdi", – deyə Bukingem sarayının keçmiş əməkdaşları qeyd ediblər. oxu.az
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar