Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, sabiq icra başçısının səhhətində yaranan ciddi problemlər səbəbindən sağ gözü tutulub. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
İbrahim Mehdiyev icra başçısı vəzifəsindən azad olunandan sonra - 2018-ci ildə ürəyindən əməliyyat olunmuşdu.
Qeyd edək ki, İbrahim Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Dövlət başçısının 1 iyul 2017-cı il tarixli sərəncamı ilə vəzifəsindən azad olunub.