Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Ukraynaya humanitar yardım göndərdi - ŞƏKİL

Tarix: 27-04-2022 21:52     Baxış: 4223 A- / A+

Sumqayıt Ukraynaya hər cür humanitar yardımın göstərilməsinə qoşulan Azərbaycanın ilk regional mərkəzi oldu.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz “Facebook” səhifəsində paylaşım edib.

O, Sumqayıt şəhər İcra Hakimiyyətinə Ukraynanın Çerkassı şəhərinə humanitar yardım göndərəcəyi üçün təşəkkür edib.
“Bu da təəccüblü deyil, çünki Sumqayıt və Çerkassını çoxillik və səmimi tərəfdaşlıq birləşdirir. Burada dostluğun, qarşılıqlı yardımın nə olduğunu bilirlər. Yaxın vaxtlarda Ukraynaya saxlama müddəti uzun olan məhsulların (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlərin göndərilməsi nəzərdə tutulur. Səmimi münasibətinə görə Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyinə, müəssisələrə və şəhər sakinlərinə minnətdarlığımızı bildiririk.
Ümid edirik ki, Azərbaycanın digər şəhər və rayonları da Ukrayna üçün bu çətin zamanda ölkəmizə köməklik göstərəcəklər”, - səfir qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar