Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirusla mübarizədə iştirak edənlərə nə qədər pul ödənilib?

Tarix: 27-04-2022 17:26     Baxış: 4221 A- / A+
Koronavirusla mübarizədə iştirak edənlərə nə qədər pul ödənilib?
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 2022-ci ilin yanvar və fevral ayları üzrə 17,1 milyon manatdan çox müddətli əlavə və mükafat ödənilib.
Manevr.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2022-ci ilin yanvar və fevral ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 14,2 milyon manatdan çox, qeyri-tibb işçilərinə isə 2,9 milyon manata yaxın müddətli əlavə ödənilib. Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin yanvar və fevral ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 7 855,85 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.  
Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, yanvar və fevral ayları üzrə 1000 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 aprel 2022-ci il tarixli 121 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il mayın 1-dək uzadılıb.Qeyd olunmalıdır ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən yanvar və fevral ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar