Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ölü toyuqları Sumqayıt çayına atan şəxs cəzalandırıldı

Tarix: 27-04-2022 15:34     Baxış: 3247 A- / A+

Sumqayıt çayına bilərəkdən toyuq cəsədləri atan şəxs cəzalandırılıb.
Manevr.az xəbər verir ki, bu barədə ölkə.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Fərid Piriyev bildirib.

Onun sözlərinə görə, toyuq leşlərinin Sumqayıt çayına atılması ilə bağlı daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb:
“Sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb. Araşdırma ilə tullantıların yaxınlıqdakı quşçuluq sexinə aid olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilərək quşçuluq sexinin sahibi Marif Muradov vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub”.
Xidmət rəsmisi qeyd edib ki, tullantıların ərazidən təmizlənməsi üçün məsul qurumlara göstəriş verilib:
“Təəssüf ki, hələ də belə məsuliyyətsiz hallarla üzləşməli oluruq və yaşadığımız mühitə etinasız yanaşmanın, ətraf mühitə laqeyd münasibət göstərən şəxslərin əməllərinin şahidi oluruq. 
Hər birimiz anlamalıyıq ki, ətraf mühitə vurduğumuz zərər özümüzə qayıdır. Gəlin yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək”, - deyə o qeyd edib.
Xatırladaq ki, ötən gün Xəzər dənizinə tökülən Sumqayıt çayına atılan ölü toyuqlar barədə məlumat yayılmışdı.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar