Xəbər lenti
Azərbaycanda Rusiyanın helikopterlərin təmiri mərkəzi yaradılıb
Azərbaycanda Rusiya investorlarının iştirakı ilə helikopterlərin təmiri və texniki xidmət mərkəzinin tikintisi başa çatıb.
Manevr.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan-Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 20-ci iclasında çıxış edərkən Baş nazirin müavini Şahin Mustafayev bildirib.
Qeyd edək ki, mərkəzin təməlqoyma mərasimi 2019-cu ildə dekabrın 9-da “Zabrat” aeroportunun ərazisində keçirilib. Bununla bağlı“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Rusiya Helikopterləri” SC-nin baş direktoru Andrey Boginskiy tərəfindən müvafiq saziş imzalanıb.
Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı helikopterin təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.
Azərbaycan ərazisində belə bir unikal və rəqabətqabiliyyətli müəssisənin yaradılması ölkədə kiçik aviasiyanın inkişafında, aviasiya sektorunda yeni kadrların hazırlanmasında uğurun növbəti açarı olacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar