Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rafael Cəbrayılovun qardaşı qaziyə də pul "atıb" - ŞOK MƏBLƏĞ

Tarix: 26-04-2022 16:02     Baxış: 4194 A- / A+


Rafael Cəbrayılov
Rafael Cəbrayılov

Sabiq deputat, həbsdə vəfat etmiş Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun cinayət işi ilə bağlı zərərçəkmiş şəxslərdən biri İkinci Qarabağ Müharibəsi iştirakçısıdır.
Mlumata görə, adının çəkilməsini istəməyən birinci qrup müharibə əlili bildirib ki, 2018-ci ildə özəl şirkətlərdən birində mənzil alıb.
Bir müddət sonra mənzilin başqa bir şəxsə də satıldığı məlum olub. 

Elşən Cəbrayılov barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclasında  zərərçəkmiş şəxs də ifadə verib.
Qazinin sözlərinə görə, dələduzluq əməli nəticəsində ona 250 min manat ziyan dəyib.
Xatırladaq ki, Elşən Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.
Vətəndaşlar şikayətində qeyd ediblər ki, aldıqları mənzillər E.Cəbrayılov tərəfindən başqa şəxslərə də satılıb. Nərimanov Rayon Polis İdarəsinin İstintaq İdarəsində onunla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanılaraq həbs-qətimkan seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Nərimanov rayon Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilməyərək, Elşən Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb. Lakin  dövlət ittihamçısı qərardan narazı qalaraq protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edərək Elşən Cəbrayılov barəsində 1 aylıq həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı qərar verib.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar