Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bu tarixdən maska cəriməsi silinə bilər - VİDEO

Tarix: 25-04-2022 11:31     Baxış: 4228 A- / A+
Bu tarixdən maska cəriməsi silinə bilər (VİDEO)
"Karantin zamanı vətəndaşlara tətbiq olunan cərimələrin silinməsinin tərəfdarıyam. Mayın 1-dən maska tələbi ləğv edilir. Nazirlər Kabineti bu məsələyə baxmalı, əhalinin sosial rifahı nəzərə alınmalı və maskalara görə tətbiq olunan cərimələr silinməlidir".
Manevr.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan hüquqşünas Loğman Abdullayev bildirib.

O əlavə edib ki, cərimələrin silinməsi ilə qadağanın aradan qaldırılması arasında incə bir fərq var: "Qadağa aradan qaldırılırsa, indiyə qədər cərimə yazılan şəxslərə qarşı münasibətdə konstitusiya norması var. Qanunun yumşaldıcı hissəsinin geriyə qüvvəsi var. Deməli, bütün yazılan cərimələr silinir, ödəyənlər isə gedib pulunu geri alır.
Lakin ödəməyənlər əfv olunursa, ödənilən cərimələrin geri qaytarılmasından söhbət gedə bilməz. Bu təcrübə var. Gürcüstanda, Ukraynada yazılan cərimələr silinib. Azərbaycanda əhalinin maddi vəziyyəti nəzərə alınaraq hökumətimiz də oxşar addımı ata bilər. Mayın 1-dən sonra maskalara görə yazılan cərimələrin silinməsi və əfv olunması doğru olardı.
Bir məsələni qeyd etmək lazımdır ki, cəriməsi yazılan şəxslərdən gec-tez bu pullar alınacaq. Maaşa və ya pensiyaya yönəltməklə bu cəriməni vətəndaş ödəyəcək".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar