Xəbər lenti
Mariupolda mühasirədə qalan mülkilərin sayı məlum olub
Ukrayna Rusiya ilə müharibədə döyüş meydanında qalib gələcək.
Xarici medianın xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
“Ukraynalı tərəfdaşlarımızdan gördüklərimiz döyüş meydanında qələbədən başqa bir şey deyil, onlar indi Ukrayna uğrunda döyüşdə qalib gəlirlər. Və bu təəccüblü deyil, çünki onlar möhkəm, qətiyyətlə və eyni zamanda ABŞ və dünyanın 30-a yaxın ölkəsi tərəfindən təmin edilən böyük miqdarda təhlükəsizlik yardımı ilə mübarizə aparırlar”, - o, vurğulayıb.
Prays əlavə edib ki, bu, Ukrayna üçün qələbə, Rusiya üçün isə strateji məğlubiyyət olacaq. ABŞ “Rusiya əsgərlərini Ukraynadan çıxarmaq üçün ağır hücum silahları göndərmək niyyətindədirmi” sualına belə cavab verib:
“Dünən biz 800 milyon dollarlıq təhlükəsizlik yardımının növbəti tranşını elan etdik. Biz onları Donbassda və cənubda baş verəcək yeni döyüş növü üçün lazım olan hər şeylə tam olaraq təmin edirik”.
Prays ABŞ-ın daimi dəstəyi və Ukraynanın göstərdiyi əzmkarlıqla mütləq qalib gələcəyinə əminliyini ifadə edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar