Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli onların adlarının əbədiləşdirilməsi və ailələrinə müavinət verilməsi təklifi ilə çıxış edib.
Müşfiq Məmmədli "Xəzər Xəbər"ə deyib ki, hökumət tərəfindən atılan qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu pandemiyadan az itki ilə çıxan ölkələrdən oldu. Koronavirusun tüğyan etdiyi vaxtlarda bir çox həkimlərimiz də fədakarlıq edərək canlarını bu yolda qoydular. Onların əməkləri ölkə başçısı tərəfindən dəfələrlə qiymətləndirilib.
Qeyd edək ki, artıq bir sıra ölkələrdə pandemiya ilə mübarizdə dünyalarını dəyişmiş tibb işçilərinin ailələrinə birdəfəlik pul yardımının ödənməsinə başlanıb.