Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhid komandirin atası: “Oğluma niyə haqqı olduğu ad və medallar verilmir”?

Tarix: 22-04-2022 23:20     Baxış: 4236 A- / A+
İkinci Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Baş leytenant Fərrux Hüseynovun atası Baxış Hüseynovun övladına haqqı olan medalların verilməsi üçün müraciət etmədiyi qurum qalmayıb.

 Oğluna cəmi 4 medal verilib: “Fərrux “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad alınmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Amma mənim oğlum Qubadlıda da döyüşüb. Mənim əsas tələbim odur ki, oğluma Azərbaycan Bayrağı ordeni və Vətən Müharibəsi Qəhrəmanı adı verilsin”.

Qeyd edək ki, Fərrux Hüseynov 1995-ci ildə Kürdəmirdə, hərbçi ailəsində dünyaya göz açıb. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib və 2016-cı ildən peşəkar hərbçi kimi Orduda fəaliyyətə başlayıb. Evin tət oğlu olan Fərrux 3 il nişanlı olub.

Fərrux Hüseynov tank bölüyünün komandiri olub. 3 dəfə yaralansa da, döyüşü davam etdirib.


Atası deyir ki, 44 günlük müharibə zamanı birinci dəfə BMP-də yaralanmışdı: “ O və bir neçə nəfər BMP-də zəhərlənmişdilər. Oğlum qospitalda ayıldı və yenidən müharibəyə getdi. İkinci dəfə tankda yaralanmışdı. O, Zərdabdakı xəstəxanaya gətirilmişdi. Mən gedib onu gördüm. Gözləri çəpəşmişdi, özündə deyildi, ayaq üstə dayana bilmirdi. Dedim ki, yaralanmısan, təxris olun. Amma inadından dönmədi. Əsgərlərini cəbhədə buraxıb evə dönmək istəmədi. Getdi və noyabrın 9-da – atəşkəs əmri veriləndən sonra Xocavınddə aldığı qəlpə yarasından şəhid oldu. Fərruxu tanıyanlar onun necə qorxmaz, peşəkar tankçı olduğunu danışırlar. Fərruxun gözündə qorxu yox idi. Digər tankçılar geri çəkiləndə, o, qabağa gedirdi. Məqsədi ancaq irəliləmək, düşməni məhv etmək idi. Fərruxu tanıyanlar ona Azərbaycan Bayrağı ordeni və Vətən Müharibəsi Qəhrəmanı adının verilməməsinə təəccüblənirlər”.

Baxış Hüseynov qeyd edir ki, oğluna Azərbaycan Bayrağı ordeni və Vətən Müharibəsi Qəhrəmanı adının verilməsi üçün Müdafiə Nazirliyində - məsul şəxslər Elçin Xəlilov və Günel Abbasovanın yanlarında olub: “Müdafiə Nazirliyində mənə dedilər ki, niyə vaxtında bizə müraciət etməmisən. Gözlə zamanı gələndə digər medal və adlar da veriləcək. Gah da deyirlər ki, oğlumun olduğu hərbi hissə Müdafiə Nazirliyinə təqdimat göndərməlidir və s. Bir sözlə, məni get-gələ salırlar. Döyüşdə bir başa iştirak etməyənlərə, oğlumun şəhid olmuş əsgərlərinə medallar, adlar verirlər, amma onları komandiri olmuş baş leytenant Fərruxa yox. Bu nə ayrı-seçkilikdir? Mən niyə oğluma haqqı olan adların verilməsi üçün qapı-qapı gəzməliyəm?”.

Qeyd edək ki, şəhid Fərrux Hüseynova layiq olduğu medal və adların verilməsi üçün rayon ictimaiyyəti, ziyalılar, deputat Əminə Ağazadə və digərləri ölkə rəhbərliyinə çox saylı müraciətlər ediblər.
Bu yazı "Qadın Konsensus Mərkəzi" İctimai Birlyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi "Şəhid ailələrin sosial problemlərinin həllinə dair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar