Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Hər şey onun əməllərinə görə olub, amma hədəfə Rafael müəllim gəlib" - Aida Cəbrayılova

Tarix: 22-04-2022 19:30     Baxış: 3202 A- / A+


Keçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov barəsində bir aylıq həbs-qətimkan tədbiri seçilib. 
Bu barədə qaynarinfo-ya mərhum Rafael Cəbrayılovun hüquqi varisi olan xanımı Aida Cəbrayılova məlumat verib. 
Xanım Cəbrayılova hesab edir ki, Elşən Cəbrayılov barəsindəki cinayət işinin mərhum əri barəsindəki cinayət işinə birləşdirilməlidir: "Əslində bu iki iş eynidir. Daha doğrusu, baş verənlər Elşən Cəbrayılovun əməllərinə görə olub. Amma hədəfə Rafael müəllim gəlib. Ona görə də bu cinayət işləri birləşdirilməlidir”.
Aida Cəbrayılova həmçinin Elşən Cəbrayılov barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciət edib: "Elşən Cəbrayılov 8 milyon manat məbləğində vergidən yayınıb. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişəm".
Rafael Cəbrayılovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınan vətəndaşlar da Elşən Cəbrayılovdan şikayətçidir. Yeri gəlmişkən, onlardan bəziləri Elşən Cəbrayılovun cinayət işi üzrə dindirilib.   
Zərərçəkənlər Rafael Cəbrayılovun məhkəməsində Elşən Cəbrayılovla bağlı vəsatət qaldırmağa hazırlaşır: "Bu cinayət işləri ayrı-ayrılıqda araşdırıla bilməz. Çünki biz pulu Rafael Cəbrayılova versək də, müqavilələr Elşən Cəbrayılovla bağlanıb. O, bizi aldadaraq saxta müqavilə təqdim edib".
Elşən Cəbrayılov aprelin 11-də Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Nərimanov RPİ-in İstintaq idarəsində onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi başlanılıb.
Aprelin 12-də Nərimanov rayon Məhkəməsi Elşən Cəbrayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatını əsassıs sayaraq onu məhkəmə zalından azadlığa buraxmışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar