Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ən böyük problem minalardır - Hikmət Hacıyev

Tarix: 22-04-2022 15:39     Baxış: 3233 A- / A+

"Möhtərəm cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında etdiyi çıxışla qarşımıza konseptual, proqram xarakterli istiqamət qoydu". 
Manevr.az xəbər verir ki, bunu Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 
O qeyd edib ki, Azərbaycan diasporunun qarşısında yeni çağırışlar dayanır. 
Hikmət Hacıyevin sözlərinə əsasən, erməni lobbi dairələrinin Azərbaycana qarşı təbliğat kampaniyaları davam edir: "Bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə diqqət çəkmək istəyirəm. Belə qətnamə qəbul etdilər ki, guya Qarabağda erməni irsi məhv edilib. Onlar yaxşı olar ki, işğaldan azad edilmiş ərazilərə gələrək ermənilərin törətdiyi vəhşiliklərə şahidlik etsinlər". 
H.Hacıyev əlavə edib ki, digər ən böyük problem minalardır: "Humanitar mina problemi bütün bəşəriyyətin üzləşdiyi problemdir. Azərbaycan minalarla çirklənmiş ölkələr sırasında beşinci yerdədir. Bunu təəssüflə qeyd edirik".
Hikmət Hacıyev bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə Ermənistan hələ də aydınlıq gətirməyib: "Hazırda Cənubi Qafqaz regionunda sülh gündəliyi dayanır. Azərbaycan Ermənistana sülh üçün 5 maddəlik baza prinsipi təklif edib".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar