Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

Vaksin pasportları da ləğv edilir? - İyundan etibarən…

Tarix: 21-04-2022 16:27     Baxış: 4240 A- / A+

Vaksin pasportları da ləğv edilir? - İyundan etibarən…May ayından etibarən qapalı məkanlarda maska tələbinin aradan qaldırılması və quru sərhədlərin açılması ilə əlaqədar söyləntilər mövcuddur. 
TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov da bu istiqamətdə açıqlama verib.
Maraqlıdır, maska məhdudiyyətinin aradan qaldırılması ilə bərabər, vaksin pasportunun ləğvi də aktual ola bilərmi?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a danışan deputat Cavanşir Paşazadə iyundan etibarən vaksin pasportunun da ləğv edilə biləcəyini deyib:
"Bu gün Azərbaycanda yoluxma sayı çox aşağıdır və demək olar ki, pandemiya yoxdur. Azərbaycan dövləti tərəfindən koronavirusla əlaqədar bütün məsələlərə vaxtında diqqətlə yanaşıldı və yetərli miqdarda vaksin gətirildi. Dövlətin bu işdə tam nəzarətinin olması, insanların qaydalara riayət etməsi yoluxma sayının minimuma enməsi ilə nəticələndi. Ola bilsin ki, mayın 1-də maska məhdudiyyətinin aradan qaldırılması və quru sərhədlərin açılması ilə bağlı qərar qəbul edilsin.
Vaksin pasportlarının ləğvi Azərbaycanda da həyata keçirilməlidir. Artıq ölkədə karantin qaydalarının yumşaldılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu baxımdan vaksin pasportunun da iyundan etibarən ləğv edilməsi ağlabatan məsələdir. Avropa bu pasportun ləğvi ilə bağlı qərar qəbul etdikdən sonra bizdə də belə bir sənədə gərək qalmayacaq”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar