Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

Tarix: 21-04-2022 16:02     Baxış: 4220 A- / A+


"Bu gün Azərbaycandan Ukraynaya böyük humanitar yardımın artıq üçüncü mərhələsi həyata keçirilir. Ukrayna üçün çox vacib yükün olduğu 7-ci təyyarə göndərilir".
Manevr.az-ın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
Onun sözlərinə görə, humanitar yardıma dərman vasitələri və ərzaq məhsulları daxildir. Ukrayna üçün çox çətin biz zamanda həyata keçirilən humanitar yardım Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunun parlaq nümunəsidir. Bu, ehtiyac duyduğumuz bir yardımdır və xalqlarımız arasında böyük dostluğun daha bir sübutudur. Fürsətdən istifadə edərək, göstərilən yardıma görə Ukrayna dövləti və xalqı adından Azərbaycan rəhbərliyinə, ilk növbədə Prezident İlham Əliyevə səmimi minnətdarlığımı çatdırmaq istəyirəm. Artıq 57 gündür ki, Ukrayna dövləti və xalqı Rusiya işğalına qarşı müqavimət göstərir. Düşmənin nə qədər amansız və həyasız olduğunu görürük. Qadınlar, uşaqlara və qocalara qarşı hansı amansızlığın törədildiyinin şahidi oluruq. Bu gün də dinc sakinlər, uşaq bağçaları, məktəblər atəşə məruz qalırlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar