Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

Lahıcda dəyəri 10 min olan XVII əsrə aid qədimi əşyalar oğurlandı - ŞƏKİL

Tarix: 21-04-2022 09:38     Baxış: 4335 A- / A+

İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən misgərlik mağazasından və evin həyətyanı sahəsindən oğurluq edilib. Naməlum şəxslər ümumi dəyəri 10 000 manata yaxın olan - 400 illik tarixə malik məcmeyini, eləcə də ötən əsrin əvvəllərinə aid misdən hazırlanmış qədimi məişət əşyalarını oğurlayaraq hadisə yerindən yayınıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan qardaşlar –Murad və Timur Abdullayevlər saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, qardaşlar oğurluq məqsədilə paytaxtdan İsmayıllı rayonuna gəliblər və burada əməllərini həyata keçirdikdən sonra oğurladıqları mis qabları Bakı şəhərinə apararaq ayrı-ayrı metal qəbulu məntəqələrinə satıblar. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər və onların oğurladıqları qablar satdıqları yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, oğurluqda əli olan digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar