Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Narazı qazilərin şikayətlərinə münasibət bildirildi

Tarix: 20-04-2022 17:21     Baxış: 3202 A- / A+
Bu gün 4 saylı DOST Mərkəzinə müraciət edən bir neçə müharibə veteranı da qəbul olunaraq müraciətləri dinlənilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, müraciətlər əsasən əlilliyə görə sığorta ödənişləri ilə bağlı olub: “Onlara bildirilib ki, Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) dövlət icbari şəxsi sığorta sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Dövlət Sosial Müdafiə Fonduna həvalə olunub.
Sığorta olunan şəxslərə həmin vaxtdan sonra baş vermiş sığorta hadisəsinə görə ödənişi Fond həyata keçirir. 2022-ci il yanvarın 1-dək baş vermiş sığorta hadisəsinə görə isə sığorta ödənişi verilməsi qanunvericiliklə “Azərsığorta”nın səlahiyyətindədir.
Müharibə veteranı, Ağcabədi rayon sakini Cəfərov Qadir Habil oğlu müraciəti isə əlilliklə bağlı olub. Ona bildirilib ki, tibb müəssisəsi tərəfindən onunla bağlı göndəriş (forma 88) e-sistemə 2 gün öncə daxil edilib. Yaxın günlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinə ediləcək və əlilliyinin qiymətləndirilməsinin nəticəsi olaraq müvafiq qərar veriləcək.
Əlilliyinin qiymətləndirilməsinin gecikdiyini qeyd edən Lənkəran rayon sakini Cabbarlı Vüsal Güləli oğluna isə bir neçə gün əvvəl əlillik təyinatı aparılıb və bu barədə ona məlumat verilib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar