Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda erməni komissarın şərəfinə adlandırılan kəndin adı dəyişdirilir

Tarix: 19-04-2022 21:57     Baxış: 4304 A- / A+
Gürcüstanın Marneuli rayonunun iki kəndi - Kirovka və Şaumyan kəndlərinin adları dəyişdiriləcək.

Bu barədə “Marneuli” televiziya kanalı məlumat yayıb.

Marneuli bələdiyyə məclisinin toplantısında Kirovka kəndinin Mtsvane qora (Yaşıl təpə) və yaxud Meqobroba (Dostluq), Şaumyan kəndinin isə Yuxarı Şulaver adlandırılması təklif olunub.

Məsələyə ilk olaraq bələdiyyə məclisinin Coğrafi Obyektlərin Adlandırılması Komissiyasında baxılacaq və yekun qərarı yerli özünüidarəetmə orqanı qəbul edəcək.

Qeyd edək ki, 2011-ci ildə Gürcüstanda qəbul edilən “Azadlıq xartiyası”na əsasən, coğrafi adlarda sovet və kommunizm dövrünün xadimlərinin adlarının istifadəsi qadağandır.

Şaumyan kəndinə Bakı komissarlarından biri olan Stepan Şaumyanın adı 1925-ci ildə verilib. Kəndin hazırkı əhalisinin böyük əksəriyyətini ermənilər təşkil edir. Kirovka kəndinin köhnə adı Mamey olub. Bolşevik rəhbərlərindən biri olan Sergey Kirovun şərəfinə adlandırılmış kənddə əsasən azərbaycanlılar yaşayırlar. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar