Xəbər lenti
Adına maşın çıxan üç yaşlı uşağın ailəsinin sosial yardımı bərpa olunacaq? - RƏSMİ CAVAB
Goranboyun Balakürd kənd sakini olan Aslanovlar ailəsinin sosial yardım ödənişi absurd səbəbə görə kəsilib. Belə ki, ailənin üç yaşlı körpəsinin adına avtomobil olduğu aşkarlanıb və yardım dayandırılıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən operativ şəkildə reaksiya gəlib və problemin həlli istiqamətində iş aparıldığı haqda məlumat verilib.
Lakin vətəndaş Goranboy rayonu üzrə Sosial Müdafiə Fonduna müraciət etsə də, hələ də probleminin həll olunmadığını qeyd edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə saytın müraciətinə cavab olaraq bildirilib ki, prosesin hərəkətlənməsində Rəqəmsal İnnovasiyalar Mərkəzi məsuliyyət daşıyır. Onlar verilən məlumatı yenilədikdən sonra nazirlik üzərinə düşən işi icra edəcək.
Rəqəmsal İnnovasiyalar Mərkəzinin mətbuat katibi Xanım Yadigarlı bildirib ki, müraciətlə bağlı aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılıb və məsələnin dəqiqləşdirilməsi üzrə işlər aparılır:
"Qanuna uyğun olaraq ünvanlı dövlət sosial yardımının verilməsi üçün müraciət edənin mülkiyyətində mal varlığının yoxlanılması üçün Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin müvafiq İnformasiya sistemlərinin mövcud məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminə inteqrasiya olunub.
Müvafiq informasiya sistemlərinə əsasən, şəxsin mülkiyyətində və ya istifadəsində (etibarnamə əsasında) nəqliyyat vasitəsinin olması ad, soyad, ata adı üzrə yoxlanılır. Vətəndaş Aslanov Hüseyn Əkbər oğlunun ünvanlı dövlət sosial yardımı ilə bağlı 227918000151901 nömrəli müraciəti zamanı Azərbaycan Respublikasının DİN-in müvafiq informasiya sistemindən ad, soyad və ata adına görə yoxlama əsasında eyniadlı ailə üzvü Aslanov Həsən Hüseyn oğlunun mülkiyyətində nəqliyyat vasitəsi aşkar olunub.
Artıq müraciətlə bağlı aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanıb və məsələnin dəqiqləşdirilməsi həyata keçirilib. Ərizə üzrə müraciət yenidən emal edilib.
Ailənin maddi-məişət şəraitinin müayinəsi Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölməsi tərəfindən həyata keçirildikdən sonra müraciətin nəticəsinə dair qərar veriləcək. Qərar barədə məlumat vətəndaşa sms formasında göndəriləcək".
X.Yadigarlı həmçinin qeyd edib ki, sözügedən vətəndaş, qərar verildiyi halda, müraciət etdiyi ayın 1-dən etibarən ödənişləri almağa davam edəcək:
"Qeyd edək ki, vətəndaşa 01.04.2021-ci il tarixindən ünvanlı sosial yardım təyin olunub və ünvanlı dövlət sosial yardımı 12 ay müddətinə təyin olunduğu üçün 31.03.2022-ci il tarixinə qədər ödənilib.
Vətəndaşın maddi-məişət şəraitinin müayinəsindən sonra ünvanlı dövlət sosial yardımının təyin edilməsinə dair qərar veriləcəyi halda vətəndaşa müraciət etdiyi ayın 1-dən etibarən ödənişləri ediləcək".
Xatırladaq ki, şikayətçi Hüseyn Aslanovun 2018-ci il təvəllüdlü oğlu Həsən Aslanovun adına "10XH563" dövlət nömrə nişanlı, 1976-cı ilin istehsalı olan avtomobilin olduğu deyildiyi üçün ailənin ünvanlı sosial yardım alma istəyi nazirlik tərəfindən rədd edilmişdi. bizim.media
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar