Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qəribə kənd: Heç kim maşın sürmür

Tarix: 16-04-2022 20:09     Baxış: 4190 A- / A+


Azərbaycanda qəribə kənd: Heç kim maşın sürmür
Əsas məşğuliyyəti bağçılıq, əkinçilik və maldarlıq olan bu kənddə demək olar ki, hər təsərrüfatda bir motosiklet var. Onlar demək olar ki, bütün işlərini məhz bu nəqliyyat vasitəsi ilə həyata keçirirlər.
Manevr.az apatv-yə istinadən xəbər verir ki, söhbət Zaqatalanın Danaçı kəndindən gedir.
Rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Danaçı kəndinin 9 min sakini var. Bu ucqar kənddə sakinlərin ən çox istifadə etdikləri nəqliyyat vasitəsi Rusiya istehsalı olan “İJ” markalı qoşqulu motosikletdir.

Kənd sakinləri ötən əsrin 80-ci illərindən başlayaraq təsərrüfat işlərini səmərəli görmək üçün at arabalarını qoşqulu motosikletlərlə əvəz etməyə başlayıblar. Hazırda kənddə iki mindən yuxarı motosiklet var.
Ərazi baxımından ən böyük kəndlərdən olan Danaçı kəndində sakinlər öz bağ və əkin sahələri ilə yanaşı, kənd daxili, bəzən də digər yaxın ərazilərə elə motosiklet və velosipedlə gedirlər.
Cümə gününə təsadüf edən çəkilişimiz zamanı da yüzlərlə sakinin məscidə motosiklet və velosipedlə gəldiyinin şahidi olduq.
Qeyd edək ki, normal motosikleti təqribən 1500-2 min manata almaq mümkündür.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar