Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Paytaxtın mərkəzi poliklinikası narkomanların YUVASINA çevrilib: ŞOK GÖRÜNTÜLƏR

Tarix: 15-04-2022 21:05     Baxış: 4211 A- / A+
Paytaxtın mərkəzi poliklinikası narkomanların YUVASINA çevrilib: ŞOK GÖRÜNTÜLƏR - FOTO/VİDEOBakının Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 27 saylı Şəhər Poliklinikası narkomanların əlverişli yuvasına çevrilib.

Onlar burada narkotik qəbul etdikdən sonra şprisləri əraziyə atırlar. Bu hal yaxınlıqda yaşayan sakinləri ciddi narahat etməyə başlayıb.

Məlum olub ki, uzun müddətdir fəaliyyətsiz qalan poliklinikanın içərisinə çoxsaylı şprislər atılıb.

Sakinlərin dediklərinə görə gecələr bu poliklinikaya narkotik maddə istifadəçiləri toplaşır və onların əlindən küçəyə çıxa bilmirlər.
Tanımadıqları şəxslər gecə səhərə qədər səs-küy salır və heç də yaxşı olmayan işlərlə məşğul olurlar.

"Boş qalan yerə təbii ki, girən olacaq. Nəvələrimizi, uşaqlarımızı sərbəst küçəyə buraxmırıq. Gecə olan kimi təhlükə daha da artır. İstəyirik ki, poliklinika fəaliyyət göstərsin və narkomaniya təhlükəsi aradan qalxsın. Dəfələrlə poliklinikaya toplaşan 10-11-ci sinif şagirdlərini oradan çıxarmışıq. Müəmmalıdır ki, onlar orada nə iş görürlər? Hər halda uşaqlarımız üçün yaxşı nümunə deyil. Çox qorxuruq", - deyə narazı sakinlər qeyd edib.

Qeyd edək ki, 27 saylı Şəhər Poliklinikası 9 saylı Şəhər Poliklinikasının ərazisinə köçürülüb.

Bina istifadəyə yararsız vəziyyətdə olduğuna görə əsaslı təmir üçün aiddiyyəti üzrə məlumat verilib. Əsaslı təmirin aparılması barədə qərar qəbul edilib. bizim. media

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar