Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq icra başçısının 5 milyon manatlıq əmlakı - SİYAHI

Tarix: 15-04-2022 18:15     Baxış: 3175 A- / A+
Sabiq icra başçısının 5 milyon manatlıq əmlakı - SİYAHI

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmiş Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin əmlakları müsadirə olunub.
 
Manevr.az apa-ya istinadən əmlakların siyahısını təqdim edir:
 
Səbail rayonu, Mətbuat prospektində yerləşən mənzil
 
Gəncə şəhəri Nizami rayonunda yerləşən fərdi yaşayış evi
 
Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən qeyri-yaşayış sahəsi
 
Yasamal rayonu Qurban Xəlilov küçəsində yerləşən ikimərtəbəli mənzil, 6 otaqlı daha bir mənzil

Qobustan rayonu Xilmilli kəndində əmlak kompleksi müəssisəsi (Xırman binası),

Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası

"Neftçala Taxıl” ASC-nin xüsusi mülkiyyətində olan müəssisə
Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən "Yurdum” adlı ictimai-iaşə obyekti və torpaq sahəsi

Xatırladaq ki, sabiq icra başçısı İsmayıl Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıblar.
İstintaq orqanı tərəfindən İsmayıl Vəliyev və digərləri barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, RİH başçısının keçmiş birinci müavini Vurğun Əkbərov 9 il, icra başçısının digər müavini Gültəkin Sadıqova 6 il 6 ay, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev 8 il, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov 8 il, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov isə 8 il 3 ay azadlıqdan məhrum edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar