Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vilayət Eyvazov Zahir Əmənovla bağlı müraciətə cavab verdi: "Diqqətlə araşdırılacaq..."

Tarix: 15-04-2022 12:05     Baxış: 4166 A- / A+
Vilayət Eyvazov Zahir Əmənovla bağlı müraciətə cavab verdi:
Aprelin 13-də Masallı rayonunda qocaman jurnalist, keçmiş regional "Cənub xəbərləri" qəzetinin, hazırkı "Cənub.az” regional xəbər saytının təsisçisi və baş redaktoru 70 yaşlı Zahir Əmənov redaksiyanın ofisində saxlanılıb.
İlkin məlumatda bildirilirdi ki, Əmənov Masallı rayonu Sığdaş kənd ərazi nümayəndəsi İsrafil Əliyevin şikayəti əsasında saxlanılıb. Guya Əmənov onu gözdən salacaq materialın dərci ilə şantaj edib və həmin şəxsdən 1500 manat pul alıb. 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.1 maddəsi üzrə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.
Mövzu ictimailəşəndən sonra ölkənin tanınmış jurnalist təşkilatlarının təmsilçiləri və jurnalistlər Daxili işlər naziri Vilayət Eyvazova müraciət ünvanlamışdı.
"Biz onilliklərdir ki, Zahir Əmənovu Azərbaycanın aparıcı regional KİV-lərindən birinin rəhbəri, təcrübəli, alicənab jurnalist kimi tanıyırıq və onun pul tələb etməsinə inana bilmirik. Burada ən azı yanlışlıq olduğunu düşünürük. 
Eyni zamanda sizi əmin edirik ki, Zahir Əminovun azadlıqda qalması istintaqın ədalətli və maneəsiz aparılması üçün heç bir problem yaratmayacaq və buna zəmanət verməyə hazırıq. Baş redaktor barədə istintaq müddətinə qətimkan tədbiri seçilərkən müraciətimizin, Əmənovun regional jurnalistikanın inkişafında rolunun, habelə yaşını n nəzərə alınacağına ümid edirik" - müraciətdə deyilir.
Müraciəti Arif Əliyev ("Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri), Elçin Şıxlı (Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo” nəşrinin baş redaktoru), Mehman Əliyev  (Turan İA-nın direktoru), Qulu Məhərrəmli (Pressklub TV kanalının direktoru), Əvəz Zeynallı (Xural.com saytının baş redaktoru), Əlsəgər Məmmədli (media hüququ mütəxəssisi), Xalid Ağaliyev (media hüququ mütəxəssisi) imzalamış və onlarla jurnalist də bu çüraciətə qoşulmuşdu.
Müraciət müəlliflərindən biri olan Əvəz Zeynallının verdiyi məlumata görə, bu gün səhər saatlarında DİN-in İctimaiyyətlə əlaqələr şpbəsindən Elşad Hacıyev onunla əlaqə saxlayıb:
"Elşad Hacıyev bildirdi ki, müraciətimiz artıq nazirə çatdırılıb və nazirin diqqətindədir. Biz çoxsaylı jurnalistlər səsimizin eşidilməsini istəyirdik, nazir də səsimizi eşitdi. Bildirildi ki, nazir jurnalistlərin narahatçılığını diqqətə alıb, artıq bu gün müvafiq tapşırıqları verib, iş tam ədalətli və qanun çərçivəsində araşdırılacaq".  Qeyd edək ki, qocaman jurnalist Zahir Əmənov həm də ağır şəkər 
xəstəsidir.(qaynarinfo)

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar