Xəbər lenti
Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər

Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər.
Manevr.az xəbər verir ki, bunu report-a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, din xadimlərinin təsnifatında imam, imam müavini, eləcə də dini ayin və mərasimləri icra edəcək “dini ayinlərin icraçısı” vəzifələri nəzərdə tutulur:
"Habelə “qadın dini ayinlərin icraçısı” vəzifəsi də olacaq. Nəzərdə tutulur ki, qadın dini ayinlərin icraçısı məhz qadınlar üçün dini ayin və mərasimləri icra etsin və onların təyinatı ibadət evlərinə verilsin".
Sədr müavini qeyd edib ki, ən əsası həmin qadınlar da dini təhsilli olsunlar:
"Söhbət qadınların imam və ya imam müavini təyin edilməsindən yox, yalnız qadınlardan ibarət dini ayin və mərasimlərin qadın dini ayinlərin icraçısı tərəfindən idarə olunmasından gedir. Əslində, Azərbaycanda bu təcrübə var. Məsələn, bəzi məscidlərdə dini ayinlərin icraçısı-mütəvəlli kimi çalışan qadınlar fəaliyyət göstərir. Bu təcrübəni bir qədər genişləndirmək və təkmilləşdirmək mümkündür".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar